Ukrayna ilə bağlı Parisdə keçirilən görüşdə liderlər arasında fikir ayrılıqları olub
Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Parisdə bir sıra ölkə və təşkilat rəhbərlərinin iştirakı ilə Ukrayna ilə bağlı fövqəladə iclasda bir sıra məsələlərdə kəskin fikir ayrılıqları yaranıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Liderlər Ukraynaya sülhməramlıların göndərilməsi də daxil olmaqla, gələcək fəaliyyətlə bağlı razılığa gələ bilməyiblər.
Avropa ölkələri başçılarının bu mühüm görüşü zamanı Ukraynaya qoşun yeridilməsi ilə bağlı mübahisə yaranıb. Almaniya, İtaliya, Polşa və İspaniya fevralın 17-də Ukraynaya sülhməramlı qüvvələr göndərmək istəmədiklərini deyiblər.
Böyük Britaniya gələcək sülh sazişinin həyata keçirilməsini təmin etmək üçün öz qoşunlarını Ukrayna ərazisinə yerləşdirməyə hazır olduğunu bildirib.
Görüş zamanı verilən məlumatlara görə, Fransa gələcək təmas xətti boyunca qoşun yerləşdirməyi təklif edib.
Bununla belə, Paris görüşündən sonra Almaniya kansleri Olaf Şolz, münaqişənin hələ də davam etdiyini nəzərə alaraq, qoşunların yerləşdirilməsi ilə bağlı müzakirələri “son dərəcə yersiz” adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 Fevral 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















