Icma.az
close
up
RU
Ukrayna müdafiədən hücum taktikasına keçərsə, mənzərə necə dəyişə bilər?

Ukrayna müdafiədən hücum taktikasına keçərsə, mənzərə necə dəyişə bilər?

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qərb Ukrayna kimi döyüşkən, güclü ordunun olmasının fərqində olmalı və bu ölkəyə ciddi dəstək verməlidir ki, Kiyev də qələbəyə hesablanmış hücum əməliyyatlarına başlasın”.

Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Üzeyir Şəfiyev Ukrayna Qərbin əsaslı dəstəyilə müdafiədən hücum taktikasına keçərsə, müharibənin mənzərəsinin necə dəyişəcə biləcəyini şərh edərkən deyib. 

"Ukraynadan sonra təhlükənin Avropaya çatması ehtimalına baxmayaraq, indilikdə "köhnə dünya” insanı döyüşmək ruhunda deyil. Ona görə də onlar Ukrayna kimi döyüşən, güclü ordunun olmasının fərqində olmalıdır. Ukrayna əhalisi də döyüşmək, torpaqları azad etmək ruhundadır. Sadəcə, Ukraynaya ciddi dəstək göstərilməlidir ki, ölkə qələbəyə hesablanmış hücum əməliyyatlarına start versin. Kiyev hücum edərsə, Rusiya konkret itkilər qarşısında qalaraq, öz ambisiyalarından geri çəkiləcək”,  deyə Üzeyir Şəfiyev bildirib.


Ekspert qeyd edir ki, Qərb bu savaş Rusiyanı taqətdən salma müharibəsi olduğundan, məqsədli şəkildə prosesi uzadır:

"Rusiyanı sürətli şəkildə məğlub etmə planı olsaydı, birləşmiş Qərb çoxdan buna nail olardı. İndilikdə isə savaş müharibəni uzadıb, Rusiyanı taqətdən salmaq, idarəolunan vəziyyətə gətirmək məqsədilə aparılır. Müharibəni dayandırmağın yeganə yolu Rusiyanı sahədə ekstensional itkilərə məruz qoymaqdır. Buna isə müdafiə taktikası aparmaqla nail olmaq mümkün deyil. Ona görə Kiyevə hücum silahları verilməli, əlavə dəstək tədbirləri görülməlidir. 

Nəhayət Tramp da bunu səsləndirdi. O, əvvəllər səhv etdiyinin fərqində olaraq taktiki dəyişikliyə getdi. Ukraynaya uzaq mənzilli hücum silahları verilməlidir. Sülh bundan keçir”. 

Konfliktoloq deyir ki, bunun üçün həm də Qərbin konsolidasiyasına ehtiyac var:

"Konsolidasiya tez bir zamanda ərsəyə gəlsə, yaxın perspektivdə Putinin masada oturmaq arzularını eşidəcəyik. Əks təqdirdə, Rusiyanın iştahı daha da artacaq”.  

Qeyd edək ki, ABŞ və Rusiya liderlərinin Alyaska görüşündən sonra cərəyan edən proseslər Moskvanın Ukrayna məsələsində sülhdə maraqlı olmadığını ortaya qoydu. Bu əsasda Tramp gözlənilmədən Rusiyaya hücum mesajı verib. 

O bildirib ki, işğalçı ölkəyə hücum etmədən qalib gəlmək mümkün deyil:

"Ukraynanın yalnız müdafiə olunmasına icazə verilmişdi, cavab verməsinə yox. İşğalçı ölkəyə hücum etmədən müharibəni udmaq çox çətindir, hətta qeyri-mümkündür. Əliəyri və çox səriştəsiz Bayden Ukraynanın hücum etməsinə imkan vermədi, yalnız müdafiə, müdafiə... Sonda nə oldu?”

Ardınca Tramp maraqlı dövrlərin qabaqda olduğuna işarə vurub. 

Bu açıqlama belə düşünməyə əsas verir ki, Rusiya öz mövqeyindən əl çəkməyəcəksə, Qərb Ukraynaya artıq müdafiə deyil, hücuma keçməyə imkan yaradacaq. Belə olan halda isə müharibənin gedişatı da dəyişə bilər. 

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Avqust 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri