Ukrayna müharibənin ilk həftələrində Rusiyanın təkliflərini qəbul etsəydi... Politoloq belə izah etdi
Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bəzən belə fikirlərə rast gəlirik ki, Ukrayna müharibənin ilk həftələrində (2022-ci ilin fevral-martında) aparılan danışıqlarda Rusiyanın təkliflərini qəbul etsəydi, daha yaxşı vəziyyətdə olardı.
Bunu deyənlər yəqin ki, müharibənin tarixçəsini və Rusiyanın irəli sürdüyü şərtlərin nədən ibarət olduğunu unudub".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Şahin Cəfərli deyib.
O bildirib ki, Belarusda (Qomel, Brest) və Türkiyədə (İstanbul) Rusiyanın ultimativ tələblərini rədd etdikdən sonra Ukrayna təxminən 40 (qırx) min kvadrat kilometr ərazilərini işğaldan azad etdi: "Rus ordusu Kiyev və Çerniqov vilayətlərindən; Xerson vilayətinin sağ sahil hissəsindən (Xerson şəhəri də daxil olmaqla); Xarkov vilayətinin işğal olunmuş ərazilərindən; eləcə də Donetsk vilayətinin bir hissəsindən qovuldu.
Putinin bədnam təklifləri qəbul olunsaydı, bu böyük ərazilər Rusiyanın nəzarətində qalacaqdı".
Politoloq qeyd edib ki, ərazilərdən daha vacib olan məqam isə məsələnin siyasi tərəfidir: Ukrayna bu halda Rusiyadan asılı olan yarımmüstəqil, yarımcan dövlətə (failed state) çevriləcəkdi. Bu risk indi də var, Rusiyanın siyasi şərtləri qüvvəsində qalır. Lakin Ukrayna 2022-ci ilin əvvəllərindən daha əlverişli vəziyyətdədir və Rusiyanın ultimatumlarını qəbul etmək zorunda deyil".
Məğrur,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 12 Mart 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















