Icma.az
close
up
RU
Ukrayna müharibəsinin SON AKKORDLARI: “Zelenski planları poza bilər”

Ukrayna müharibəsinin SON AKKORDLARI: “Zelenski planları poza bilər”

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ukrayna müharibəsinin finala yaxınlaşması üçün addımların atılması, mahiyyət etibarilə, böyük güclərin maraqları çərçivəsindən davam edir”.

Bunu Yenicag.az-la söhbətində politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi Ukrayna müharibəsinin yekunlaşmasına dair ABŞ və Rusiya liderləri arasında Səudiyyə Ərəbistanında keçirilməsi gözlənilən görüşlə bağlı fikirlərini bölüşüb.

A. Qasımovun sözlərinə görə, Avropa və Ukraynanın danışıqlardan kənarda saxlanılması prosesin qaranlıq tərəflərindəndir:

“Bu isə həm vəziyyəti mürəkkəbləşdirir, həm də danışıqların nəticəsini şübhə altına alır. Taleyi həll olunan Ukraynanın söz sahibi olmalı olduğu bir vəziyyətdə kənarda saxlanılması Ukrayna xalqına qarşı hörmətsizlik hesab olunur. Səudiyyə Ərəbistanında keçiriləcəyi gözlənilən Tramp-Putin görüşü hər nə qədər də baş verən insan itkilərinin qarşısını almaq bəhanəsi ilə aparılsa da, bəllidir ki, burada gizli məqamların olması ehtimalı böyükdür”.

Analitikin fikrincə, məsələnin açar nöqtəsi Ukrayna rəhbərliyinin verəcəyi qərardan asılı olacaq:

“Necə ki, Zelenski Rusiyanın 2022-ci il fevralın 24-də hücum etdiyi dövrdə Qərbin onu ölkədən çıxarması üçün təyyarə göndərməsinə rəğmən, bunu qəbul etməyərək hamının planını pozduğu kimi, indi də o, təklif edilən razılığı qəbul etmədən planları poza bilər. Bu baxımdan, proseslərin kulminasiya nöqtəsi bundan sonra olacaq. Görünən odur ki, müharibənin finala yaxınlaşması fikri mübahisəlidir. Buna Ukrayna xalqı qərar verəcək. Hesab edirəm ki, öz taleyi ilə bağlı qərar vermək hüququ yalnız Ukrayna xalqının işidir. Odur ki, Rusiyaya qarşı səfərbər olmuş bütün dünya gücləri bunu nəzərə almalı, Ukrayna xalqının seçiminə hörmətlə yanaşmalıdırlar”.

Rafi Müslümov

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 17 Fevral 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri