Icma.az
close
up
RU
Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ Erməni revanşizminin SON AKKORDLARI

Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ Erməni revanşizminin SON AKKORDLARI

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Seçkilər yaxınlaşdıqca Ermənistanda baş nazir Paşinyanla revanşistlər arasında mübarizə daha da kəskinləşir.
Bu mübarizə fonunda Paşinyan bir-bir rəqiblərini sıradan çıxarmaqla məşğuldur.
 

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyulub. Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2019-cu ildə baş vermiş hadisəyə görə ölkənin üçüncü prezidentinin Ermənistanı tərk etməsini məhdudlaşdırıb.


Digər keçmiş prezident Robert Köçəryan isə korrupsiyada, daha dəqiqi 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.
Məlumata görə, cinayət işi üzrə aparılan istintaq zamanı müəyyən edilib ki, sabiq prezident 2008-ci ilin fevral-aprel aylarında rəsmi mövqeyindən istifadə edərək bir şirkətin səhmlərinin 100 faizinin Ermənistan vətəndaşı olmayan şəxsə satılmasına mane olmamaqla həmin şirkətin direktoruna üstünlük göstərib və bunun qarşılığında 2 milyon 985 min dollar məbləğində rüşvət alıb.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sabiq prezidentin xüsusilə böyük miqdarda rüşvət almaqda təqsirləndirildiyini və ilkin istintaqın başa çatdığını açıqlayıb.
 

Paşinyanın digər rəqibi - biznesmen Samvel Karapetyan isə artıq həbsdədir. Baş nazir digər əsas rəqbi olan kilsəni də sıxışdırır. İki yüksək ranqlı kilsə nümayəndəsi artıq həbs edilib.


Paşinyan habelə II Qareginin istefası üçün təzyiqlərini də davam etdirir.

Görəsən, Paşinyan belədə seçiqabağı revanşistləri tam sıradan çıxara biləcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, Paşinyanın revanşist qüvvələrə bağlı siyasi rəqiblərini sıradan çıxarmaqla seçki qabağı özünün mövqeyini daha da gücləndirir:
“Paşinyan siyasi rəqiblərini layiq olduqları ittihamlarla cəzalandırır. Belədə onları tədricən siyasi səhnədən təcrid edir. Belə davam etsə, gələn ilin yayında olacaq seçkilərdə Paşinyanın qarşısında dura biləcək heç kim qalmayacaq”.   
Revanşistlərin 90 faizi Rusiyaya bağlı qüvvələrdir.
Ekspert qeyd edir ki, Moskvanın Köçəryan, Serj Sarkisyan kartından istifadə etmək istəkləri alınmayıb:
“Ardınca keşiş Baqrat Qalstyan, Eçmiədzin, sahibkar Samvel Karapetyandan yararlanmaq cəhdləri də puça çıxıb. Karapetyan həbs olundu. Belədə Paşinyan bir-bir siyasi rəqiblərini sıradan çıxarır.
 

Onu da qeyd edək ki, onun rəqiblərinə qarşı irəli sürdüyü ittihamların hamısının əsası var. Köçəryan, Sarkisyan oğru, korrupsioner və agentdirlər. Eçmədzinin ali rütbəli keşişləri də həmçinin əxlaqsız, oğru və agentdirlər. Samvel Karapetyanın qazandığı milyardlar da xalqdan oğurlanıb. Paşinyan indi katolikosu da devirib yerinə, hakimiyyətə loyal birisini gətirməyə çalışır”.


Revanşistlər kifayət qədər zəifləyib.
Həmsöhbətimizin fikrincə, seçkilərdə Paşinyanın qələbəsi qaçılmazdır:
“Paşinyan seçkilərə ciddi hazırlaşır. Əyalətlərdə keçirilən son seçkidə Paşinyan tərəfdarlarının qələbəsi göstərir ki, rəqibləri kifayət qədər zəif və pərakəndədirlər. Onlar Paşinyana qarşı çıxmağa qadir deyillər”.
Rüfət Sultan, Bizim.Media  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Noyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri