Zelenski: Ukrayna müharibəsinin bitməsi üçün üçtərəfli görüş hazırlanır
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Ukraynada müharibəyə son qoymaq məqsədilə yaxın vaxtlarda üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.
Turkustan.az xəbər verir ki, görüşün dəqiq formatı hələ müəyyənləşdirilməyib. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Prezidenti yanında Yerli və Regional Hakimiyyətlər Konqresində çıxışı zamanı məlumat verib.
Zelenski bildirib ki, müharibənin dayandırılması və sülhə nail olunması həm onun, həm danışıqlar qrupunun, həm də bütün Ukrayna üçün əsas prioritetdir. Onun sözlərinə görə, hazırda müxtəlif razılaşmalar çərçivəsində üçtərəfli danışıqlar prosesi davam edir.
Prezident qeyd edib ki, Yaxın Şərqdə baş verən hadisələr səbəbindən planlaşdırılan görüşlər təxirə salınıb, son görüş isə video formatında keçirilib. ABŞ Prezident Administrasiyasının nümayəndələri ilə aparılan müzakirələr zamanı yaxın vaxtlarda üçtərəfli görüşün təşkili və ya Amerika nümayəndə heyətinin Ukraynaya səfəri məsələsində razılıq əldə olunub. Zelenski əlavə edib ki, həmin nümayəndə heyəti daha sonra qonşu ölkələrə də səfər edə bilər.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 09 Aprel 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















