Ukrayna münaqişəsi APEC in Şençjen Bəyannaməsində yer almayıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Moskva, 19 noyabr, AZƏRTAC
18-19 noyabr tarixlərində Şençjendə keçirilən APEC sammitinin yekun Bəyannaməsində Ukrayna və ya digər silahlı münaqişələrdən bəhs edilmir. APEC iqtisadi liderləri ticarət, enerji təhlükəsizliyi və rəqəmsal texnologiyalara daha çox diqqət yetiriblər.
AZƏRTAC xəbər verir ki, sənəd Kremlin saytında dərc edilib. Zirvə toplantısının iştirakçıları Asiya-Sakit Okean Azad Ticarət Zonasının yaradılması istiqamətində işləri davam etdirmək niyyətlərini bir daha təsdiqləyiblər. Onlar, həmçinin enerji resurslarının və digər zəruri malların fasiləsiz təchizatı üçün açıq ticarət dəhlizlərinin vacibliyini vurğulayıblar.
Liderlər 2027-2030-cu illər üçün APEC Ticarət Rəqəmsallaşdırma Çərçivəsini alqışlayıblar, habelə bölgədə məşğulluğu dəstəkləmək və həyat səviyyəsini yaxşılaşdırmaq üçün süni intellektdən, digər inkişaf etməkdə olan texnologiyalardan istifadə ilə bağlı bəyanatı təsdiqləyiblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 19 Noyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















