Icma.az
close
up
RU
Ukrayna nəşrində AZƏRTAC ın xüsusi müxbirinin Ümummilli Liderə həsr olunan məqaləsi dərc edilib

Ukrayna nəşrində AZƏRTAC ın xüsusi müxbirinin Ümummilli Liderə həsr olunan məqaləsi dərc edilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 may, AZƏRTAC

Ukraynanın “Kiyev diplomatik” nəşrində AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı “Ukraynalılar Heydər Əliyevi həmişə xatırlayırlar” sərlövhəli məqaləsi dərc olunub.

Müəllif yazır ki, ukraynalılar da Azərbaycanın Ümummilli Liderini anadan olmasının 102-ci ildönümündə yad edirlər. Çünki iki ölkə arasında əməkdaşlığın inkişaf tarixinin böyük hissəsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevlə bağlıdır. Heydər Əliyev dost Azərbaycan-Ukrayna münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır. Azərbaycan apardığı uğurlu xarici siyasət sayəsində bir çox dövlətlərin, o cümlədən Ukraynanın strateji tərəfdaşıdır.

Məqalədə qeyd olunur ki, Heydər Əliyev Ukrayna dövləti və xalqı qarşısında müstəsna xidmətlər göstərmişdir. Ulu Öndərin SSRİ Nazirlər Kabineti sədrinin müavini işlədiyi dövrdə Ukraynada bir sıra iri sənaye müəssisələrinin, fabriklərin, mədəniyyət və idman komplekslərinin tikintisinə göstərdiyi köməkliklərin Ukrayna üçün əhəmiyyəti əvəzsizdir. Ukrayna xalqı onun xidmətlərini və Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması ilə bağlı qəbul etdiyi qərarları böyük minnətdarlıq hissi ilə xatırlayır.

Ölkələrimiz müstəqillik əldə etdikdən sonra Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin qurulması kimi tarixi missiyasını məharətlə yerinə yetirdi. Heydər Əliyev Kiyevin fəxri vətəndaşı idi. Bu ada Azərbaycan rəhbəri Ukraynanın paytaxtına, xüsusilə metronun və bəzi müəssisələrin tikintisində konkret köməyə görə layiq görülüb.

Müəllif yazır ki, bu gün Azərbaycan və Ukrayna prezidentləri iki ölkə arasında tarixi dostluq münasibətlərini inkişaf etdirməkdə davam edirlər.

2022-ci il yanvarın 14-də Ukrayna və Azərbaycan prezidentləri Volodimir Zelenski və İlham Əliyev Kiyevdə Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Birgə Bəyannamə və bir sıra digər ikitərəfli sənədlər imzalayıblar. Müharibə dövründə Azərbaycan Ukraynaya humanitar yardım göstərməkdə davam edir. Azərbaycan Ukraynanın enerji obyektlərinin bərpasında və uşaqların reabilitasiyasında birbaşa iştirak edir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi göstərişi ilə həyata keçirilir.

Yazıda vurğulanıb ki, müharibə başlayandan Azərbaycan Ukraynanı həm siyasi, həm də humanitar cəhətdən dəstəkləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri