Mayamidə gizli danışıqlar başlayır Trampın elçiləri Ukrayna nümayəndə heyəti ilə görüşür
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Oktyabrın 9–10-da Mayamidə ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin Ukrayna nümayəndə heyəti ilə danışıqları keçirilməlidir. Tərəflər müharibənin nizamlanması ilə bağlı "yeni ideyaları" müzakirə edirlər.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski nümayəndə heyətinin səfərini təsdiqləyib. Heyətə Prezident Ofisinin rəhbəri Kirill Budanov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri və Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin keçmiş rəhbəri Rustem Umerov, "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Arahamiya və xarici işlər nazirinin müavini Sergey Kisitsa daxildir.
Danışıqlarda həmçinin Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirlərinin, eləcə də NATO və Aİ nümayəndələrinin iştirakı istisna edilmir.
"Axios" nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, Uitkoff və Kuşner bu təklifləri oktyabrın 8-də ABŞ Prezidenti Donald Trampla müzakirə ediblər. Lakin təkliflərin mahiyyəti hələlik rəsmi olaraq açıqlanmır. ABŞ administrasiyasında qış gəncəyədək, idealda isə noyabrda keçiriləcək Konqresə aralıq seçkilərə qədər sülh danışıqlarında hər hansı bir "irəliləyişə" nail olunacağına ümid edirlər.
Müzakirə olunan mövzular arasında enerji sektoru və Qara dənizdə dəniz daşımalarını əhatə edə biləcək qismən atəşkəs məsələsi də var. Lakin Moskva əvvəllər bu cür təşəbbüslərə faktiki olaraq qarşı çıxmışdı. Eyni zamanda, Ukraynanın müharibədən sonrakı bərpası planı və təhlükəsizlik zəmanətləri də gündəmdədir.
ABŞ dövlət katibi Mark Rubio bundan əvvəl bəyan edib ki, Rusiya-Ukrayna müharibəsi "təhlükəli çıxılmaz vəziyyətə" dirənib və bu, münaqişənin daha geniş miqyaslı regional fəlakətə çevrilməsi riskini artırır. O, ABŞ administrasiyasının məsələni danışıqlar yolu ilə həll etmək istədiyini vurğulayıb.
Buna cavab olaraq Vladimir Zelenski kifayət qədər sərt reaksiya göstərərək bildirib ki, burada söhbət çıxılmaz vəziyyətdən deyil, Ukraynaya dəstəyi, o cümlədən sanksiyaları gücləndirmək və hava hücumundan müdafiə (HHM) sistemlərini artırmaq üçün siyasi iradənin çatışmazlığından gedir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 09 Oktyabr 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















