Ukrayna oktyabrda sülh danışıqlarına hazırlaşır Kiril Budanov
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli sülh danışıqlarının yeni mərhələsi oktyabrda baş tuta bilər.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bunu Kiyevdə keçirilən YES görüşü çərçivəsində "İnterfaks-Ukraina" xəbər agentliyinə açıqlamasında bildirib.
"Hazırlaşırıq. Oktyabr ayına..", - Budanov deyib.
O, həmçinin üçtərəfli formatın müzakirə olunduğunu təsdiqləyib. Lakin danışıqların mümkün yeri barədə şərh verməkdən imtina edib.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio xüsusi elçilər Stiv Uitkov və Cared Kuşnerin həftəsonu Kiyevdə və Moskvada keçirilən danışıqları məzmunlu adlandırıb və onların danışıqların bərpasına yol açacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, 6 sentyabrda Uitkov və Kuşner Kiyevdə olublar, Prezident Volodimir Zelenski və avropalı tərəfdaşlarla danışıqlar aparıblar. Bir gün əvvəl onlar Moskvaya səfər ediblər və Rusiya lideri Vladimir Putinlə görüşüblər.
Görüşdən sonra Prezident Volodimir Zelenski Ukraynanın ABŞ və Rusiyanın iştirakı ilə müharibəyə son qoymaq üçün üçtərəfli danışıqlara qayıtmağa hazır olduğunu bildirib. O, həmçinin Ukrayna, ABŞ və Avropa nümayəndələrinin iştirakı ilə sonrakı görüş barədə razılığın əldə olunduğunu açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 12 Sentyabr 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















