“Ukrayna ordusu dağılmaq ərəfəsindədir” Narışkin AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ukrayna ordusu dağılmaq ərəfəsində olduğu və Zelenski rejimi legitimliyini və sövdələşmə qabiliyyətini itirdiyi bir vaxtda biz bütün sahələrdə təşəbbüsü saxlayırıq və məqsədlərimizə çatmağa yaxınıq”.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin deyib.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin iddia edib ki, Moskvanın “xüsusi hərbi əməliyyatı” məqsədlərinə yaxınlaşır, Ukrayna ordusu isə potensial süqutla üz-üzədir.
Narışkin Rusiyada qeyri-sabitlik yaratmaq cəhdlərinin “uğursuzluq” olduğunu bəyan edərək, “Xalq anlayır ki, biz Kiyev xuntasına qarşı deyil, kollektiv Qərbə qarşı mübarizə aparırıq və bu münaqişədə azadlığımız və suverenliyimiz təhlükə altındadır”, - deyə bildirib.
Narışkin qeyd edib ki, gərginliyin daha da artması Vaşinqton və Londonun hədəflədiyi kimi təkcə Rusiyanın resurslarını tükəndirməyəcək, həm də Qərbi öz məğlubiyyətinə yaxınlaşdıracaq.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 10 Dekabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















