Ukrayna ordusu Krım körpüsü ətrafında bir neçə strateji hədəfi vurub
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ukrayna tərəfi Krım körpüsü ətrafı və işğal olunmuş Krım ərazisində bir sıra hərbi və logistik obyektlərə zərbələr endirildiyini açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” hesabına istinadən verilən məlumata görə, həyata keçirilən əməliyyatlar Rusiyanın Ukrayna ərazisinə yönəlmiş hücumlarına cavab xarakteri daşıyıb.
Bildirilib ki, əməliyyatlarda Ukrayna Təhlükəsizlik Xidməti, Pilotsuz Sistemlər Qüvvələri, Baş Kəşfiyyat İdarəsi və Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri iştirak edib.
Prezidentin açıqlamasına əsasən, zərbələr cəbhə xəttindən təxminən 300 kilometr məsafədə yerləşən hərbi logistika infrastrukturuna, neft sənayesi obyektlərinə və hava hücumundan müdafiə sistemlərinə yönəlib.
Məlumata görə, Krım körpüsünün hər iki istiqamətində yerləşən obyektlər də hədəfə alınıb. Bunlara Krasnodar diyarında yerləşən dəniz neft daşınma infrastrukturu və Kerç şəhərindəki neft bazası daxildir.
Eyni zamanda, Ukrayna tərəfi düşmənin hərbi logistik obyektləri ilə yanaşı, S-400 hava hücumundan müdafiə sisteminə aid dörd radar stansiyası və iki “Pantsir” zenit-raket kompleksinin də zərbə nəticəsində zədələndiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 21 İyun 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















