Ukrayna ordusu Oryolda elektronika zavodunu vurdu Hücumda azı 8 PUA iştirak edib
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Ukrayna ordusu gecə saatlarında Oryol vilayətində yerləşən elektronika zavoduna hücum edib.
“AzPolitika” “Telegram” kanallarına istinadla xəbər verir ki, pilotsuz təyyarələr vilayətin Bolxov şəhərində yerləşən müəssisəni vurub.
Yerli sakinlər partlayışlar baş verdiyini və "bəzi obyektlərə" ziyan dəydiyini bildirbilər.
Hücumdan sonra hərbi sənayeni müxtəlif elektronik komponentlərlə təchiz edilən Bolxov yarımkeçirici qurğular zavodunun ərazisində yanğın başlayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə saatlarında Ukrayna ərazisindən buraxılan 53 pilotsuz təyyarə Oryol vilayətində vurulub. Onların neçəsinin hədəfinə çatdığı barədə məlumat verilmir. Şahidlərin dediyinə görə, zavoda hücum azı səkkiz pilotsuz təyyarə tərəfindən həyata keçirilib.
Dəymiş ziyanın miqyası hələlik məlum deyil və Rusiya rəsmiləri vəziyyətlə bağlı açıqlama verməyib.
Ümumilikdə, Rusiya Müdafiə Nazirliyi iddia edir ki, hərbçilər bir gecədə 159 Ukrayna pilotsuz təyyarəsini vurublar. Onlardan 51-i Bryansk, 37-si Kursk vilayəti üzərində olub, Rusiyanın daha 6 regionunda hücumlar qeydə alınıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 21 May 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















