Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

PSJ yenidən vahid lider oldu

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

Ukrayna polkovnikini azərbaycanlı ər arvad öldürüb? Şok sui qəsd iddiaları, SBU nun qanlı əməliyyatı və rus izləri FOTO

Ukrayna polkovnikini azərbaycanlı ər arvad öldürüb? Şok sui qəsd iddiaları, SBU nun qanlı əməliyyatı və rus izləri FOTO

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, Ukrayna mediası və sosial şəbəkələrin Ukrayna seqmentində böyük rezonans doğuran qalmaqallı iddialar yayılıb: əfsanəvi Ukrayna kəşfiyyat polkovniki, SBU-nun yüksək vəzifəli zabiti İvan Voroniçin Kiyevdə qətlə yetirilməsində Azərbaycan pasportlu ər-arvad cütlüyünün iştirak etdiyi bildirilir.

Ukrayna mənbələrinin məlumatına görə, bu cinayət Rusiyanın xüsusi xidmət orqanlarının — FSB-nin sifarişi ilə həyata keçirilib. İddialara görə, qatil cütlük — Xəqani Gülalizadə və Nərmin Quliyeva — əslində Rusiyada fəaliyyət göstərən cinayətkar qruplarla sıx əlaqələri olan şəxslərdir və onlar Rusiyanın “birdəfəlik istifadə edilən” agentləri kimi hərəkət ediblər.

Məlumatlara əsasən, Nərmin Quliyeva 15 may tarixində Moldova ilə sərhəddəki Mayaki-Udobne keçid məntəqəsindən Ukraynaya daxil olub. Ərinin — Xəqani Gülalizadənin isə 27 fevral 2025-ci ildə eyni sərhəd məntəqəsindən keçmək cəhdi Ukrayna sərhədçiləri tərəfindən rəsmən rədd edilib. Çünki o, Ukrayna hüquq-mühafizə orqanlarının bazasında mafiyaya bağlı şəxs kimi qeydiyyatda olub və 2030-cu ilə qədər ölkəyə girişinə qadağa qoyulub. Buna baxmayaraq, Gülalizadənin sonradan qanunsuz yollarla Ukrayna ərazisinə daxil ola bilib.

Polkovnik Voroniçin hədəfə alınması

İvan Voroniç SBU-nun (Ukrayna Təhlükəsizlik Xidməti) 2015-ci ildə yaradılmış və müvəqqəti işğal olunmuş ərazilərdə diversiya əməliyyatlarını həyata keçirən 5-ci əks-kəşfiyyat idarəsinin rəhbərlərindən biri olub. O, onlarla rus komandanını sıradan çıxarmaqla məşhurlaşıb və Rusiyanın ən böyük düşmənlərindən biri hesab edilirdi. Son illərdə başqa bir SBU bölməsində çalışsa da, görünür, Rusiya üçün o, hələ də “qara siyahıda” idi.

Voroniç bu xidmətlərinə görə Ukraynanın ən yüksək dövlət ordenləri ilə təltif edilmişdi. Amma məsələnin qəribə tərəfi bu idi ki, polkovnik rəsmi qeydiyyatda olduğu mənzildə yaşayırmış. Belə bir adamı digər ünvanda yerləşdirmək Ukrayna kəşfiyyatınln ağlına gəlməyib. Bu səbəbədən də rus agentləri bu ünvanı asanlıqla tapıb, binanın girişinə müşahidə kameraları yerləşdirərək, cinayəti diqqətlə planlaşdırıblar.

SBU-nun cavab əməliyyatı: "Azərbaycan pasportlu qatillər" məhv edildi

İlkin məlumatlara görə, Rusiya xüsusi xidmətləri bu cütlüyü yalnız bu əməliyyat üçün “kirayələyib”. Tapşırıq icra edildikdən sonra isə onları aradan qaldırmaq qərarı verilib. Ukrayna xüsusi xidmət orqanlarının yayılan informasiyalarına əsasən, Xəqani Gülalizadə və Nərmin Quliyeva cinayət izləri ilə birlikdə məhv ediliblər və artıq “külələri belə tapılmır”.

Bu barədə yayılan foto və pasport məlumatları da sosial şəbəkələrdə sürətlə dövr edir. Amma bütün bunların nə qədər həqiqət olub-olmadığı yaxın günlərdə daha dəqiq bəlli olacaq.

Azərbaycanlılar Ukrayna uğrunda döyüşür, amma…

Maraqlıdır ki, eyni vaxtda Ukraynada onlarla azərbaycanlı könüllü olaraq Rusiya işğalçılarına qarşı döyüşür, Ukrayna ordusunda xidmət edir və şəhid olurlar. Elə bu günlərdə gənc tibb personalı olan Əminə Mehdiyeva adlı bir azərbaycanlının Ukrayna uğrunda döyüşlərdə şəhid olduğu xəbəri də yayılıb.

Bununla belə, xüsusi xidmət orqanları milliyətə baxmadan müxtəlif ölkələrdən şəxsləri öz şəbəkələrinə cəlb edə, onları müxtəlif saxta pasportlarla təchiz edib “bir tapşırıq üçün” istifadə edə bilirlər. Yəni “Azərbaycan pasportlu” ifadəsi mütləq etnik mənsubiyyət anlamına gəlmir.

Təhlükə davam edir, yeni sui-qəsdlər istisna deyil

Mütəxəssislər xəbərdarlıq edirlər ki, Rusiya xüsusi xidmətləri Ukraynada terror kampaniyasını genişləndirəcək və yeni killer qruplar göndəriləcək. Ukraynanın digər tanınmış SBU və Silahlı Qüvvələr zabitləri, xüsusilə məhkəmənin ev dustaqlığına buraxdığı polkovnik Roman Çervinski artıq risk altında hesab olunur. Yerli ictimaiyyət onun ev dustaqlığının ləğv olunaraq daha ciddi qorunmasını tələb edir.

Ukrayna cəmiyyəti isə əfsanəvi polkovnik İvan Voroniçin qisasının alınacağına, bu müharibədə düşmənin layiq olduğu cavabı dəfələrlə görəcəyinə inanır. Ukrayna mətbuatı artıq onun ölümündən sonra “Ukrayna Qəhrəmanı” adına təqdim edilməsini də müzakirə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 İyul 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see770

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see571

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see423

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see269

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see190

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see160

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see150

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see147

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see146

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see133

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see132

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see131

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see131

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see128

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see128

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see127

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see127

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see123

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see122

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

11 Oktyabr 2025 17:55see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri