Ukrayna Prezident Aparatının rəhbəri, xarici işlər və müdafiə nazirləri Fransaya yollanıb
Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak, xarici işlər Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov Fransaya səfər edib.
Missiya.Az xəbər verir ki, bu barədə Yermak özünün “Teleqram” kanalında məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ukrayna nümayəndə heyətinin Fransa rəsmiləri ilə bir sıra ikitərəfli və çoxtərəfli görüşləri nəzərdə tutulub.
Yermakın sözlərinə görə, bunlar Fransa, Almaniya və Böyük Britaniyanın nümayəndələridir.
O qeyd edib ki, hazırda Fransada səfərdə olan ABŞ nümayəndələri ilə də görüşlər nəzərdə tutulub.
"Biz Ukraynanın və bütün Avropanın təhlükəsizliyi üçün vacib məsələlər üzərində işləyirik", - deyə siyasətçi vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 17 Aprel 2025 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















