Icma.az
close
up
RU
Ukrayna Prezidenti: Rusiya neft emalı gücünün 20 faizindən çoxunu itirib

Ukrayna Prezidenti: Rusiya neft emalı gücünün 20 faizindən çoxunu itirib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kiyev, 28 oktyabr, AZƏRTAC

Ukrayna Müdafiə Qüvvələrinin Rusiyanın dərinliklərindəki neft emalı zavodlarına endirdiyi zərbələr təcavüzkarın iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərib. Bu hücumlar nəticəsində Rusiya neft emalı gücünün 20 faizindən çoxunu və yanacaq istehsalının 27 faizə qədərini itirib.

AZƏRTAC-ın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə jurnalistlərlə görüşündə bildirib. O qeyd edib: “Hesab edirik ki, ruslar neft emalı gücünün 20 faizindən çoxunu və yanacaq istehsalının təxminən 22-27 faizini itiriblər. Buna görə də növbələr yaranıb. Orada problem var”.

Dövlət başçısı qeyd edib ki, zərbələr nəticəsində bir neçə Rusiya neft emalı zavodu zədələnib və bu, işğalçıları yanacaq həcmini digər obyektlər arasında yenidən bölüşdürməyə məcbur edib.

Ukrayna Prezidenti vurğulayıb: “Bərpa işlərinə başlayanda və nəqliyyat vasitələrinin növbələrini görəndə, həcmləri digər neft emalı zavodlarına payladılar. Buna görə də bizim vəzifəmiz tamamilə aydındır: istehsalını artırmağa başlayan digər neft emalı zavodlarında işimizi davam etdirmək”.

V.Zelenski qeyd edib ki, Ukrayna hazırda yerli istehsal olan uzaqmənzilli silahlardan, eləcə də Britaniyanın “Storm Shadow” və Fransanın “SCALP” sistemlərindən daha az miqdarda istifadə edir. Onun sözlərinə görə, Rusiyanın dərinliklərindəki hədəflərə vurulan zərbələrin 90-95%-i Ukrayna sistemləri tərəfindən həyata keçirilir.

Prezident əlavə edib ki, Ukrayna uzaqmənzilli silahlar istehsal etməyə, bunun üçün maliyyə mənbələri axtarmağa və təcavüzkarın iqtisadi bazasını zəiflətmək üçün gündəlik çalışmağa davam edəcək.

“Bu, onların müharibə üçün neft emalından əldə etdikləri pullardır. Buna görə də biz məhz bu istiqamətdə çalışırıq”, - deyə Zelenski əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri