Icma.az
close
up
RU
Ukrayna probleminin həlli üzrə 3 ssenari

Ukrayna probleminin həlli üzrə 3 ssenari

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.azxəbər verir ki, ssenarilər ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin telefon danışıqlarına, eləcə də danışıq barədə xəbərdar edilməyən Avropa rəsmilərinin bu söhbətə reaksiyasına həsr olunmuş məqalədə öz əksini tapıb.
Nəşrin yazdığına görə, Trampın etimadına baxmayaraq, hələlik sülh razılaşmasının əldə olunub-olunmayacağı bəlli deyil, çünki Putin hələ də “güzəştə meyl göstərmir”. Bununla belə, agentlik hesab edir ki, Ukraynada tənzimlənmənin “geniş konturları” artıq görünür.
Daha çox ehtimal olunan “əsas ssenari”. Yaxın gələcəkdə Rusiya tərəfindən ilhaq edilmiş Ukrayna əraziləri “asılı vəziyyətdə” və Rusiyanın faktiki nəzarəti altında qalacaq. Bəzi ərazilərin, o cümlədən Ukrayna ordusunun işğal etdiyi Kursk vilayətinin bir hissəsinin mübadiləsi mümkündür. Ukrayna bir növ təhlükəsizlik zəmanəti alacaq və danışıqların əksəriyyətində bu təminatların nə dərəcədə güclü olacağı müzakirə ediləcək. Ukraynanın NATO-ya üzvlük ehtimalı hələlik istisna edildiyi üçün bu təminatlara əməl olunması gələcək siyasi liderlərin qərarlarından asılı olacaq. Avropa Ağ Evlə təmas qurmğı bacarsa, Aİ ölkələri bu istiqamətdə öz imkanlarını artırana qədər ABŞ-ni Ukraynaya dəstəyi davam etdirməyə inandıra bilərlər.
Kiyev üçün ən yaxşı olan “ideal ssenari”. Rusiya sülh sazişinin şərtlərini pozarsa, ABŞ və Avropa ölkələri müdaxilə edəcəklərinə söz verəcəklər. Lakin Rusiya ilə birbaşa münaqişə təhlükəsi hətta Ukraynanın ən qızğın tərəfdarları arasında da narahatlıq doğurur. Əvəzində Kiyevin müttəfiqləri Ukraynaya hərbi yardımı artırmaq, Rusiyaya qarşı sanksiyaları bərpa etmək və ya gücləndirmək, Ukraynanın müdafiə sənayesinin inkişafına kömək etmək və Ukrayna Silahlı Qüvvələrində islahatlar aparmağı vəd edə bilər ki, onlar Rusiya üçün əsas çəkindirici vasitəyə çevrilsinlər. Bu ssenari həm də Ukraynanın 10 il ərzində Avropa Birliyinə qoşulmasına yol aça bilər ki, bu da öz növbəsində Aİ-nin şərq cinahını gücləndirər.
Kiyev üçün ən pis və “qorxunc ssenari”. Tramp hər hansı sövdələşmə bağlanmazdan əvvəl Ukraynanın gələcəyinə marağını itirə, hərbi və maliyyə yardımını kəsə, Avropanın özünün bütün problemləri həll etməsi üçün meydandan çıxa bilər.
Avropa danışıqlar stolu arxasında yer "tələb" edir Yeri gəlmişkən, Aİ ölkələrinin Xarici İşlər nazirlərinin birgə bəyanatında Ukrayna üzrə danışıqlar masası arxasında Avropanın yer almasının vacib olduğu vurğulanır. Belə ki, ABŞ prezidenti Donlad Trampın rusiyaklı həmkarı Valdimir Putinlə və Ukrayna lideri Volodimir Zelenski ilə dünən apardığı telefon danışıqları, habelə bu barədə avropalı müttəfiqlərini xəbərdar etməməsi Brüssel bürokratiyasında və Aİ-nin aparıcı ölkələrinin liderlərində ciddi narahatlıq hissi doğurub.
“Bloomberg” agentliyi, öz növbəsində, münaqişənin mümkün sona çatması üçün Vaşinqtonun hələ də rəsmi plan təqdim etmədiyinə diqqət çəkib.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Fevral 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see664

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see282

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see272

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see257

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see240

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see230

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see221

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see206

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri