Ukrayna Rostov vilayətində neft terminalı, dəmir yolu körpüsü və iki gəmiyə zərbə endirib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya ərazisində Rostov-na-Donu şəhərində neft məhsullarının yüklənməsi terminalına və dəmir yolu körpüsünə hücum edilib, bölgədə qatarların hərəkətində gecikmələr yaranıb.
APA xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat yayıb.
Onun sözlərinə görə, hücumlar nəticəsində altı nəfər tibbi yardım üçün müraciət edib. Onlardan ikisinin vəziyyəti orta ağırdır, daha bir yaralıya təcili cərrahi müdaxilə göstərilir.
Rostov-na-Donuda bir neçə çoxmərtəbəli və fərdi yaşayış evi, Batayskda isə yaşayış olmayan yeni tikili binası zərər görüb. Azov şəhərində iki gəminin də zədələndiyi bildirilir.
“Astra”nın məlumatına görə, Rostov-na-Donunun Jeleznodorojnı rayonunda Novoshaxtinsk Neft Məhsulları Zavoduna məxsus neft məhsullarının daşınması terminalı hücuma məruz qalıb. Hadisə nəticəsində terminalda yanğın baş verdiyi bildirilir.
Bundan başqa, PUA hücumu nəticəsində Rostov–Bataysk dəmir yolu sahəsindəki açılan körpü zədələnib. Şimali Qafqaz Dəmir Yolunun mətbuat xidmətinin məlumatına görə, hadisə səbəbindən 14 sərnişin və iki şəhərətrafı qatar 57 dəqiqədən 3 saat 40 dəqiqəyədək gecikib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 10 Oktyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















