Icma.az
close
up
RU
“Ukrayna Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi üçün Trampın köməyinə ümid edir“ “The Washington Post“

“Ukrayna Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi üçün Trampın köməyinə ümid edir“ “The Washington Post“

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Kiyev hesab edir ki, belə bir maliyyə mənbəyi xarici yardımı azaltmağa çalışan Trampın xoşuna gələ bilər..."

Ukrayna rəsmiləri Rusiyanın Avropada yüz milyardlarla dollar dəyərində dondurulmuş aktivlərinə çıxış əldə etmək cəhdlərini yenidən canlandırıb.

Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.

Rəsmilər ümid edir ki, yenicə vəzifəyə başlamış prezident Donald Trampı bu məsələdə Avropanın müqavimətini aşmağa razı sala bilər.

Nəşr yazır ki, Kiyev silah tədarükü və ölkənin bərpası üçün alternativ maliyyə mənbəyinin Trampı cəlb edəcəyini gözləyir, çünki o, xarici yardımı azaltmağa çalışır.

"Bu məsələ ilə məşğul olan Ukrayna rəsmiləri yeni administrasiyanın müsadirə ilə bağlı mövqeyindən xəbərsiz olduqlarını bildirir. Lakin əvvəlki administrasiyanın bəzi nümayəndələri bu ideyanı dəstəkləyib. Ukraynanın daha aqressiv Avropa tərəfdaşları, o cümlədən Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas da bu addımı dəstəkləyir. Ancaq Trampın dəstəyi həlledici amil kimi görülür", - nəşr yazır.

Ukrayna prezidentinin administrasiyası qeyd edir ki, Tramp "bu məsələdə daha skeptik mövqe tutan ölkələrin fikrini dəyişmək gücünə malikdir". Trampın beynəlxalq siyasətdə sərt yanaşması isə bəzi Ukrayna rəsmilərində irəliləyiş üçün ümid yaradıb.

"Bütün Qrenlandiyanı almağa çalışan biri üçün bu, elə də böyük problem deyil", - onlardan biri nəşrə deyib.

Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun baş elmi işçisi Ceykob Kirkegor qeyd edir ki, Ukrayna rəsmiləri Trampa müraciət edərək bu vəsaitlərin Amerika silahlarının alınması üçün istifadə olunmasını təklif edib.

"Bu, xidmət qarşılığında çox dəqiq xidmətdir. Onlar istəyir ki, Tramp bu arqumenti qəbul etsin və avropalılara desin: "Əgər Ukraynaya silah tədarük etməyimi istəyirsinizsə, gəlin bunu Rusiya aktivləri hesabına edək'", - o,  deyib.

Eyni zamanda, Avropa rəsmiləri vurğulayır ki, Almaniya və Fransa kimi ölkələr hələ də aktivlərin müsadirəsinə qəti şəkildə qarşıdır və "yaxın zamanda bu məsələdə irəliləyiş olacağına dair heç bir işarə yoxdur".

Bu vəsaitlərin necə istifadə olunacağı isə hələ açıq qalır. Prezident Zelenski bu pulların silah alınmasına yönəldilməsinin tərəfdarı olsa da, bəzi Ukrayna rəsmiləri bildirir ki, vəsaitin böyük hissəsi, hətta hamısı müharibədən sonra Ukraynanın bərpasına və təzminatlara yönəldilə bilər.

Rusiyanın dondurulmuş aktivləri

Bundan öncə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, Tramp dondurulmuş Rusiya aktivlərindən istifadə edərək Ukrayna üçün silah alınması imkanını nəzərdən keçirir.

Eyni zamanda, Belçikanın "Euroclear" mərkəzi qiymətli kağızlar depozitarisinin baş icraçı direktoru xəbərdarlıq edib ki, Rusiya aktivlərinin müsadirəsi "gözlənilməz nəticələrə" səbəb ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri