Ukrayna Rusiyanın döyüş meydanında əsas üstünlüklərindən birini aradan qaldırdı... “Forbes“
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Cəmi bir il əvvəl peyk idarəsi ilə KAB(Korrektə edilən aviasiya bombaları) və ya PKVM ( proyeksiya və korrektə olunmuş vahid modul) -sürüşmə bombaları ruslar üçün "möcüzə silah" idi və ukraynalıların onlara qarşı çıxmaq üçün praktiki olaraq heç bir üsulu yox idi.
Moderator.az "UNİAN"-a istiinadla xəbər verir ki, bununla belə, "Forbes" analitiki Devid Aksın yazdığı kimi, vəziyyət tədricən və hiss olunmayacaq şəkildə dəyişdi və indi PKVM-nin “qızıl dövrü”nün keçdiyi göz qabağındadır.
Rusiyalı analitiklərin qeyd etdiyi kimi, KAB hücumları dayanmayıb, lakin onların effektivliyi bir vacib detala görə əhəmiyyətli dərəcədə azalıb: effektivliyi və çoxlu sayda Ukrayna radio tıxanması səbəbindən peyk korreksiyası sistemləri ilə qarşılıqlı əlaqənin mümkün olmaması...
"Sürüşmə, yaxud yönləndirilən bombalar "QLONASS" peyk qrupu ilə əlaqə saxlaya bilmirlər... Onların kursunu düzəltmək üçün daimi əlaqə olmadan sürüşən bombalar bəzi sahələrdə sürüşməyə və zərərsiz şəkildə partlamağa meyllidirlər", - Aks Devid belə yazır.
Rusiya müharibə müxbirlərinin iddia etdiyi kimi, indi Ukraynanın bütün vacib hədəflərinin elektron mübarizə sistemləri(EMS) ilə əhatə ounubı və bir hədəfi məhv etmək üçün indi “səkkiz, hətta 16 sürüşmə bombası tələb olunur”.
Sürüşən bombaların özləri nisbətən ucuz olsa da - hər birinin qiyməti təxminən 25.000 dollardır - onları iki və ya dörd dəfə yerə atan qırıcılar ucuz deyil...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 Fevral 2025 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















