Ukrayna siyasətçilərinin hazırda Zelenskiyə qalib gəlmək şansları yoxdur Politoloq
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Volodimir Zelenski Ukraynada prezident seçkisi keçiriləcəyi təqdirdə, iştirak etmək ehtimalından danışıb. Zelenski bu barədə britaniyalı jurnalistlərlə söhbətində deyib.
"Məni əvəz etmək asan olmayacaq. Çünki bunun üçün təkcə seçkinin keçirilməsi deyil, həmçinin mənim seçkidə iştirakımın qarşısını almaq da tələb olunacaq. Bu isə daha çətin olacaq",- o bildirib.
Bununla bağlı politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir fonda Ukraynada prezident seçkilərinin keçirilməsi qəbuledilməzdir:
“Çünki ölkə əhalisinin 10 milyonu qaçıb, torpaqların 20 %-i işğal olunub, döyüş gedir, müharibə şəraiti davam edir. Seçkilər keçirilsə, əlbəttə ki, nəticələr də sual doğuracaq. Atəşkəs əldə olunsa, əgər sülh müqaviləsi istiqamətində müəyyən razılaşmaları olarsa və seçkilər keçirilərsə, Volodimir Zelenski namizəd olarsa düşünürəm ki, qalib gəlmək şansı ola bilər. Məsələn, Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnının seçkilərə qatılarsa, Volodimir Zelenskiyə çox böyük bir rəqibdir. Ukrayna siyasətçilərinin hazırda Zelenskiyə qalib gəlmək şansları yoxdur. Zelenskini seçkidən kənarlaşdırmaq yalnız fiziki cəhətlə onu aradan götürmək ilə mümkündür. Ümumi götürdükdə Zelenski xalqının və dövlətinin qüruru, milli suverinliyi üçün əlindən gələn edir. Bunu Ukrayna xalqı da görür. Zelenski növbəti seçkilərdə qalib gələ bilər. Valeri Zalujnı seçkiyə qatılarsa seçkilər ikinci tura qala bilər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Ukraynanın Rusiya ilə münaqişədə qalib gəlmək şansları...
18 Oktyabr 2025 19:27
Razılığa gəlmək şansları yüksəkdir Tramp
01 Dekabr 2025 22:45
“Revanşistlərin seçki yolu ilə qalib gəlmək şansları sıfıra bərabərdir” Deputat
30 Oktyabr 2025 14:29
Ukrayna Ali Radası Zelenskiyə qarşıdır?
23 Noyabr 2024 08:47
Mundial şansları qalmadı
15 Oktyabr 2025 09:41
Baxış sayı:58
Bu xəbər 04 Mart 2025 15:54 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları