Icma.az
close
up
RU
Ukrayna süni intellekt texnologiyaları ilə qatil PUAları avtomatlaşdırır WSJ

Ukrayna süni intellekt texnologiyaları ilə qatil PUAları avtomatlaşdırır WSJ

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

2024-cü ildə Ukrayna müdafiəsinin əsas silahı sürətli, çevik və yemək boşqabı boyda olan dronlar olub. 

Qaynarinfo The Wall Street Journal-a istinadla xəbər verir ki, bu dronlar Rusiyanın genişmiqyaslı quru hücumlarına qarşı effektiv mübarizə vasitəsinə çevrilib.

2025-ci ildə isə döyüş meydanında "qatil robotlar” peyda ola bilər; burada kompüterlər uçuşlarda və hədəfə yönəltmədə insanları daha çox əvəz edəcək. Bu cür avtomatlaşdırma Ukraynaya Qərb tərəfdaşlarından silah tədarükünün azalması fonunda, sayca daha çox olan düşmənlə effektiv mübarizə aparmağa kömək edə bilər.

Bununla belə, əsas diqqət insan nəzarətinin saxlanılmasına yönəlib. "İllərdir ki, avtonom avtomobillər yaratmağa çalışırıq, amma hələ də sürücülərimiz var”, - deyə dron texnologiyaları inkişaf etdirən Sine.Engineering şirkətinin strategiya direktoru Andrey Zvirko bildirib.

Ukrayna şirkətləri dronların idarə edilməsini asanlaşdırmağa yönəlmiş tədrici innovasiyalar tətbiq edir. Bu yanaşma, operator üçün tələb olunan bacarıq səviyyəsini aşağı salmaqla yanaşı, effektivliyi də artırır. Eyni prinsip aviasiya, avtomobil istehsalı və elektron ticarət kimi digər sahələrdə uzun müddətdir istifadə olunur.

Ukrayna dronların avtomatlaşdırılmasının tədrici tətbiqi üçün on səviyyəli sistemdən istifadə edir. Artıq kompüter görmə sistemi ilə avtonom hədəfə yönəlmə qabiliyyətinə malik modellər mövcuddur. 

Brave1 platformasının süni intellekt şöbəsinin rəhbəri Maks Makarçuk bildirib:

"Biz texnologiyaları tədricən tətbiq edirik, yalnız praktiki faydalılığını təsdiqlədikdən sonra onları kütləvi istehsalata uyğunlaşdırırıq”.

2024-cü ildə Ukrayna bir milyondan çox kiçik dron istehsal edib və onlar cəbhədə əsas alətə çevriliblər. Onların əksəriyyəti FPV dronlarıdır ki, operatorlar tərəfindən video siqnal ötürən xüsusi eynəklərlə idarə olunur. Bu cihazlar partlayıcı maddələri 20 kilometrə qədər məsafəyə çatdıraraq hədəfə zərbə endirə bilir.

Lakin əsas maneələr arasında Rusiyanın radioelektron mübarizə vasitələri var ki, bu da idarəetmə siqnallarını sıxışdırır və dronların yönəldilməsinə mane olur. Sine kimi Ukrayna startapları bu problemlərin həlli üzərində işləyir. Məsələn, şirkət çoxkanallı rabitə vasitəsilə maneələrdən avtomatik qaçan modul hazırlayıb.

Sine tərəfindən hazırlanmış digər bir texnologiya isə GPS olmadıqda belə, dronların yerini dəqiq müəyyən etməyə imkan verən naviqasiya sistemidir. Bu sayədə pilotlar aktiv radioelektron mübarizə şəraitində belə işləyə bilir.

Sine və digər şirkətlər tərəfindən tətbiq olunan təkmilləşdirilmiş texnologiyalar operatorlar üçün tələb olunan hazırlıq səviyyəsini aşağı salır və döyüş əməliyyatlarının effektivliyini artırır. Öz-özünü yönəldən sistemlərin inteqrasiyası eyni zamanda bir operatora bir neçə dronu idarə etməyə imkan verir ki, bu da idarəetmə prosesini əhəmiyyətli dərəcədə asanlaşdırır. 

Şirkətin həmtəsisçisi Andrey Çulik qeyd edir:

"Burada gördüyümüz bütün işlər istifadəçilər üçün tələbləri azaltmağa yönəlib”.

Ukrayna müharibəsi hava, yer və hətta dəniz vasitələrindən geniş istifadə ilə seçilən ilk müharibə olub. Ukrayna belə sistemlər vasitəsilə düşmən piyada qüvvələrini, texnikalarını və gəmilərini məhv edib.

Ukraynada hətta Pilotsuz Sistemlər Qüvvələri yaradılıb. Bu qoşun növünün komandiri Ukraynanın Qəhrəmanı Vadim Suxarevskidir. Hərbçi Rusiya-Ukrayna müharibəsi tarixində 2014-cü ilin aprelində Slavyansk yaxınlığında Rusiya döyüşçülərinə ilk dəfə atəş əmri verən Ukrayna Silahlı Qüvvələrinin zabiti kimi tanınır.

Ukrayna istehsalçıları bu sahəni fəal şəkildə inkişaf etdirirlər. Məsələn, Ukraynada radioelektron mübarizə vasitələrini keçə bilən optik lif bağlantısı olan yeni PUA-ların sınaqları başa çatıb.


Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Yanvar 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri