Icma.az
close
up
RU
Ukrayna sürətlə silahlanır

Ukrayna sürətlə silahlanır

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Avropa və Ukraynanın təhlükəsizliyi ilə bağlı siyasətini  dəyişmək qərarına gəlib. Belə ki, yaxın zamanda Vaşinqton Avropadakı müttəfiqlərinə yeni müasir silahlar tədarük edəcək. Bu silahların ilk partiyası təxminən 10 milyard dollar dəyərində qiymətləndirilir. ABŞ-ın “Axios” agentliyinin məlumatına görə, Vaşinqtonun Avropa ölkələrinə tədarük edəcəyi silahlar birbaşa Ukraynaya ötürüləcək. Agentlik, həmçinin iddia edir ki, ola bilsin Avropa ölkələri ABŞ-ın tədarük etdiyi silahları özündə saxlayacaq, Ukraynaya isə öz arsenallarından köhnə silahlar verəcəklər. Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində bildirib ki, NATO-nun iyunun 24-26 - da Haaqada keçirilən sammitində ABŞ ilə alyansdakı müttəfiqlər arasında Ukraynaya ABŞ silahlarının ötürülməsi ilə bağlı razılıq əldə olunub - o, qeyd edib ki, bu silahların pulu müttəfiqlər tərəfindən ödəniləcək. Qərb KİV-ləri qeyd edirlər ki, rəsmi Kiyevə tədarük olunacaq ABŞ silahları Ukrayna ordusunun müdafiə qabiliyyətini gücləndirmək və rus ordusunun hücumlarının qarşısını almaq üçün nəzərdə tutulub. Tramp administrasiyasının Ukraynanı silahlandırmaq üçün planlaşdırdığı 300 milyon dollar dəyərində silah paketinə uzaqmənzilli ballistik raketlər, hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri və digər silah təchizatları daxildir.

Trampın hədəfi nədir?

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Trampın Avropa və Ukraynanın müdafiəsi ilə bağlı qərarları iqtisadi-siyasi hədəflərə söykənib.  “Üç-dörd ay bundan öncə ABŞ-Avropa münasibətlərində gərgin vəziyyət hökm sürürdü. Tramp Ağ Evə qayıtdıqdan dərhal sonra çıxışlarında açıq şəkildə bəyan edirdi ki, ABŞ bundan sonra Avropadakı müttəfiqlərinin müdafiəsinə maliyyə ayırmayacaq və Avropa ölkələrindən müdafiə xərclərinin artırılmasını tələb edirdi. Sözsüz ki, Trampın hər bir çıxışının arxasında müəyyən məqsədlər dayanır. Tramp istəyir ki, NATO-dakı müttəfiqlər ABŞ-dan silah-sursat tədarükünü artırsınlar. Trampın hazırkı addımlarına gəlincə, hesab edirəm ki, Ağ Evin rəhbərinin burada iki əsas hədəfi var. Birincisi, ABŞ-ın Avropanın silah bazarında mövqeyini gücləndirmək və Amerika hərbi sənayesinin gəlirlərini artırmaqdır. İkincisi, Rusiya üzərində təzyiqləri artırmaqdır. Düzdür, ABŞ-ın hazırkı administrasiyası Rusiya-Ukrayna müharibəsinin davam etməsinin tərəfdarı deyil və Ağ Ev münaqişənin həlli üçün yeni danışıqlar prosesinə təkan verdi. Lakin Tramp ilə Putin arasında baş tutan son telefon danışıqlarında ciddi bir nəticənin əldə olunmaması, xüsusilə Kremlin Vaşinqtonun çağırışlarına məhəl qoymaması və Ukraynada müharibəni davam etdirməkdə maraqlı olması Trampı Rusiyaya qarşı sərt addımlar atmağa vadar edir. Trampın Ukraynanı silahlandırmaqda əsas məqsədi Ukrayna ordusunun Rusiya qarşısında dirəniş göstərməsini təmin etmək deyil, cəbhədə rus ordusunu daha çox ağır itkilərə məruz qoymaqla Moskvanı danışıqlar masasına gətirməkdir. Tramp Rusiyaya 50 gün möhlət verib. Növbəti aylarda Rusiya-Ukrayna müharibəsinin gedişatına təsir göstərəcək proseslərin baş verməsinin şahidi ola bilərik”.

Silahların ötürülməsinə Pentaqon nəzarət edəcək

“Ukraynaya ABŞ silahlarının ötürülməsi prosesinə Pentaqonun özü nəzarət edəcək. Düzdür, Pentaqon de-yure deyil, de-fakto səviyyəsində bu nəzarəti həyata keçirəcək. Çünki Vaşinqton bu müharibədə tərəf olmaq istəmir. Ona görə ki, Ukraynanın silahlandırılmasında açıq şəkildə iştirak etmək ABŞ-ın münaqişənin nizamlanması prosesində vasitəçilik missiyasına ciddi zərbə vura bilər. Ağ Ev Ukraynanı Avropa ölkələri vasitəsilə müdafiə və hücum xarakterli silahlarla təmin edəcək,” - A.Nərimanlı vurğulayıb.

Cəbhədə döyüşlər şiddətlənəcək

A.Nərimanlı əlavə edib ki, Rusiya və Ukrayna hücum əməliyyatlarını genişləndirəcək. “Böyük ehtimalla, Rusiya Ukraynada yeni ərazilər ələ keçirmək və danışıqlar masasında öz mövqeyini gücləndirmək üçün intensiv döyüş əməliyyatlarına baş vuracaq. Ukrayna isə qarşıdakı döyüşlərdə yeni silahlarla öz mövqelərini qorumaq və qarşı tərəf üzərində üstünlüklər qazanmağa çalışacaq”.

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 İyul 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see375

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see324

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see265

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see264

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see258

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see247

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see240

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see223

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see207

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see202

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see193

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see192

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see190

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see187

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see181

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see177

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see172

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see171

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri