Icma.az
close
up
RU
Ukrayna Trampa “yox” deyir “Kiyevin planı Trampın ərazi güzəşti təkliflərinə ziddir”

Ukrayna Trampa “yox” deyir “Kiyevin planı Trampın ərazi güzəşti təkliflərinə ziddir”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Vaşinqtona öz sülh planını təqdim edib. Bu sənəd ABŞ Prezidenti Donald Trampın müharibəyə son qoymaq üçün ərazi güzəştləri təklifinə birbaşa ziddir. 

“AzPolitika” xəbər verir ki, “The New York Times” qəzeti belə bir məlumatla çıxış edib. Qəzetin məlumatına görə, Ukrayna sənədində Kiyevin hazırda əlində olan bütün ərazilərə nəzarəti saxlaması, eləcə də ABŞ-dən və onun Avropa tərəfdaşlarından məcburi hüquqi təhlükəsizlik zəmanətləri verilməsi nəzərdə tutulur.

Sənədlə tanış olan Avropa diplomatları və Qərb rəsmilərinin fikrincə, Ukrayna təklifi Trampın üç həftə əvvəl açıqladığı və Rusiyanın tələblərinə yaxınlığı səbəbindən Avropada kəskin reaksiyaya səbəb olan 28 maddəlik planına cavabdır.

Ukrayna planı 20 maddədən ibarətdir və diplomatların fikrincə, demək olar ki, Moskva üçün qəbuledilməzdir. Eyni zamanda, Kiyev qeyd edir ki, Rusiyanın hazırda işğal etdiyindən daha çox ərazinin təslim edilməsini tələb etmək təcavüzkarı faktiki olaraq mükafatlandırmaq olacaq.

İki yüksək vəzifəli Avropa rəsmisinin sözlərinə görə, Tramp planının Kiyevin qəbuledilməz hesab etdiyi əsas müddəaları Ukraynanın ABŞ-yə göndərdiyi sənəddə yer almır. Xüsusilə, sənəddə Trampın planına əsasən Rusiyaya verilməli olan ərazilər üzərində Ukraynanın nəzarətinin saxlanılması nəzərdə tutulur.

Bundan əlavə, Kiyev ABŞ-nin Ukraynanın NATO üzvlüyündən rəsmi imtinası tələbini rədd edir. Kiyev Alyansın "açıq qapı" prinsipini qorumasında israr edir, baxmayaraq ki, Ukraynanın üzvlüyünün ABŞ tərəfindən bloklana biləcəyini də qəbul edir.

Xatırladaq ki, ABŞ Donbasın Ukraynanın nəzarətində olan hissəsində Ukrayna və Rusiya qoşunlarının iştirakı olmadan "azad iqtisadi zona" yaratmağı təklif edir. Zelenski bu ideyaya şübhə ilə yanaşdığını bildirib, çünki bu, Rusiya qüvvələrinin bölgədən tamamilə çıxarılmasını nəzərdə tutmur.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Dekabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri