Icma.az
close
up
RU
Ukrayna üçün kritik məqam: 2025 ci ilin sonuna qədər…

Ukrayna üçün kritik məqam: 2025 ci ilin sonuna qədər…

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Polşa Ukraynaya yeni yardım paketi hazırlayır. Bu, Polşanın Ukraynaya ayırdığı sayca 46-cı yardım paketidir və onun bu ay təhvil veriləcəyi deyilir. ABŞ-ın Ukraynaya dəstək verməkdən yayındığı bir zamanda Polşanın, eləcə də Avropa və Britaniyanın Ukraynanı qoruyub-qoruya bilməyəcəyi diqqət çəkir.

Sözügedən ölkələr Ukraynanı məğlubiyyətdən xilas edə biləcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, ABŞ-ın prosesdən uzaqlaşması Ukrayna üçün müəyyən risklər vəd edir:

“Aİ, Böyük Britaniya və digər demokratik dövlətlər Ukraynanı tək qoymayacaqlar. Bu dəstək davam edəcək. Avropa qitəsində son günlər tez-tez Fransanın rəhbərliyi ilə toplantıların şahidi oluruq. Digər formatlarda da məsələnin müzakirə olunması istisna deyil. NATO Ukraynanı müdafiə etməkdə davam edəcək. ABŞ Prezidenti Donald Trampın açıqlamalarında və mövqeyində isə Ukraynaya dəstəklə bağlı müəyyən qədər narazılıqların olduğunu görürük. ABŞ-da Co Baydenin hakimiyyəti dönəmində Ukraynaya olduqca böyük miqdarda hərbi yardım göstərildi. Trampın hakimiyyəti vaxtında olacaq riskləri nəzərə alaraq bu addımlar atılırdı. NATO və Böyük Britaniyanın 2025-ci il üçün 100 milyarddan çox maliyyə yardımı nəzərdə tutulub “.

Əli Mustafayev

Siyasi şərhçinin sözlərinə görə, Trampın tezliklə sülh müqaviləsi imzalanması, atəşkəsin əldə olunması istiqamətindəki cəhdlərinə baxmayaraq hələ Rusiya-Ukrayna müharibəsi davam edəcək:

“Trampın səyləri nəticəsiz qalmayacaq. Amma sülh müqaviləsinin imzalanması da yaxın perspektivdə gözlənilmir. Ukraynanın apardığı mübarizə həm də Avropanın azadlıq mübarizəsi kimi qəbul olunur. Ukrayna bu gün məğlub olarsa, Rusiyanın növbəti hədəfinin Avropa qitəsi olacağı düşünülür. Polşanın öncül mövqe tutması da anlaşılandır. Rusiya ilə həmsərhəd ölkədir və rəsmi Moskvanın təhlükələri ilə üz-üzədir. Ukraynanı dəstəkləməkdə buna görə maraqlıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Fevral 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri