Icma.az
close
up
RU
Ukrayna üçün təhlükəsizlik zəmanətləri: Dörd variantda təqdim edildi

Ukrayna üçün təhlükəsizlik zəmanətləri: Dörd variantda təqdim edildi

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ və Avropanın Ukrayna üçün təhlükəsizlik zəmanətləri dörd variantda təqdim edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Britaniyanın "The Times" nəşri məlumat verib.

Nəşrin yazdığına görə, silahlı qüvvələrin rəhbərləri on gün ərzində ABŞ-nin dəstəkləyəcəyi Avropa zəmanətləri planı hazırlayırlar.

Birinci varianta Ukrayna ərazisində qoşunların hazırlanması daxildir. Böyük Britaniya və Fransa minlərlə hərbçisini ölkənin qərbində, Lvov yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün göndərə bilər. Bu məqsədlə, həmçinin Kiyevdə britaniyalı zabitin başçılıq edəcəyi koordinasiya mərkəzi yaradılacaq.

Eyni zamanda, Avropa Ukraynaya silah tədarükünü davam etdirəcək. Bundan əlavə, ölkə səmasında "hava polisi" - "Tayfun"lar və ya "F-35"lər patrul xidməti həyata keçirəcək. ABŞ Ukraynaya həm hərbi, həm də kəşfiyyat dəstəyi verə bilər.

İkinci variant Avropanın Ukraynada qoşun yerləşdiriləcəyindən şübhə etməsi üçün ABŞ-nin məhdud təhlükəsizlik zəmanətləri verməsini nəzərdə tutur. "Arzu edənlərin koalisiyası" o zaman havadan patrul xidmətinə diqqətini cəmləmiş olardı. Onlar həmçinin uçuşsuz zona da tətbiq edə bilərdilər.

Təhlükəsizlik zəmanətlərinin üçüncü variantı kimi NATO-nun 5-ci maddəyə analoji olaraq, kollektiv təhlükəsizlik təqdim etməsi nəzərdə tutulur. Bu maddəyə əsasən, alyans üzvlərindən birinə hücum bütün üzvlərə hücum kimi nəzərdən keçirilir.

Dördüncü variant ABŞ-nin Cənubi Koreya və ya Yaponiya ilə ittifaqına bənzər şəkildə təhlükəsizlik zonasında alyansın yaradılması düşünülür. 1960-cı ildə imzalanmış qarşılıqlı əməkdaşlıq və təhlükəsizlik müqaviləsi ABŞ-nin üzərinə Yaponiyanı müdafiə etmək öhdəliyi qoyur. Müqavilə həmçinin Yaponiya ərazisində ABŞ hərbi bazalarının mövcudluğuna icazə verir.

"Arzu edənlərin koalisiyası" 30-dan çox ölkəni, əsasən də Avropa ölkəsini birləşdirən birlikdir. Onlar Ukraynada mümkün sülhməramlı missiyada iştirak etmələrini gözdən keçirirlər. Fransa və Böyük Britaniya birlikdə koordinasiya edici (əlaqələndirici) rol oynayırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Avqust 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri