Icma.az
close
up
RU
Ukrayna üzrə gizli plan Qərbi parçaladı: ABŞ soyuq savaşı Avropa məkanına keçirir

Ukrayna üzrə gizli plan Qərbi parçaladı: ABŞ soyuq savaşı Avropa məkanına keçirir

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiya Qərb dünyasında yeni qütbləşmə prosesinə yol açmaqdadır... Bu parçalanma yalnız sülh danışıqlarının gedişini deyil, həm də Ukrayna ilə yanaşı, Qərb dünyasının da gələcək taleyini müəyyən edəcək...

ABŞ və Avropa Birliyi arasında Ukrayna üzrə strateji fikir ayrılığı dərinləşir, kollektiv Qərb daxilində yeni "qırmızı xətlər" çəkilir. Belə ki, Ağ Evin rəsmi Kiyev üçün hazırladığı yenilənmiş "sülh planı"nı Avropa Birliyindən gizlətməsi Brüsseldə ciddi narahatlıq yaradıb. Və müharibənin ən kritik mərhələsində kollektiv Qərbin daxilində yaranan bu parçalanma Ukraynanın prinsipial seçim imkanlarını daha da məhdudlaşdırır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın gizli saxladığı yeni plan Avropa Birliyi üçün olduqca ciddi siyasi-diplomatik uğursuzluq hesab olunur. Belə ki, Qərb mətbuatının məlumatına görə, Tramp administrasiyası rəsmi Kiyevlə apardığı danışıqların nəticəsi olaraq, hazırladığı yenilənmiş "sülh planı"nı Avropa Birliyi ilə bölüşməkdən imtina edir. Və Avropa Birliyinin rəsmi təmsilçilərindən biri isə bu vəziyyəti izah edərkən, “Bu, diplomatiya baxımından, örnəyi olmayan vəziyyətdir. Bizdə heç bir məlumat yoxdur” deyib.

Avropa Birliyi qaynaqlı bu açıqlama Vaşinqton-Brüssel xəttində yaranan etimad böhranının artıq gizlədilə bilməyəcək səviyyəyə çatdığını göstərir. ABŞ-ın indiki mövqeyinə görə, müharibənin siyasi və maliyyə yükü minimuma endirilməlidir, atəşkəs isə mümkün qədər tez bir zamanda təmin olunmalıdır. "Sülh planı"nın əsas detalları barədə məlum olanlar isə ABŞ-ın prioritetlərinin dəyişdiyini göstərir.

Məsələ ondadır ki, Ağ Evin indiki mövqeyi Ukrayna ordusunun 600 min nəfərə qədər məhdudlaşdırılmasını, atəşkəs xətti boyunca yüksək texnologiyalı təhlükəsizlik divarının yaradılmasını, Ukrayna üçün genişmiqyaslı təhlükəsizlik zəmanətləri əvəzinə alternativ hərbi paketlərin təqdim olunmasını, dondurulmuş Rusiya aktivlərindən istifadənin plandan tam çıxarılmasını və s. ifadə edir. Qərb mətbuatının iddiasına görə, əvvəl 100 milyard dollara yaxın aktivlərin istifadəsi nəzərdə tutulsa da, indi Tramp administrasiyası planı əhəmiyyətli dərəcədə ixtisar edib.

Maraqlıdır ki, Avropa Birliyinin paralel təşəbbüsü ilə London-Paris-Berlin xətti üzrə yeni alternativ planın hazırlanmaqda olduğu bildirilir. Çünki ABŞ-ın yanaşması Avropa ölkələrini fərqli sülh modeli üzərində işləməyə vadar edib. "The Telegraph" və "Reuters"in yayımladığı məlumatlara görə, Böyük Britaniya, Fransa və Almaniya üçlüyü Ağ Evin mövqeyinə alternativ kimi yeni sülh planını gündəmə gətirməkdə maraqlıdır. Və bu plan bir neçə strateji xətt üzrə ABŞ-ın sənədindən ciddi şəkildə fərqlənir.

Belə ki, alternativ plana görə, ərazi məsələlərində kompromis yoxdur. Avropa Birliyi ölkələri Krım və işğal edilmiş digər ərazilərə Rusiyanın nəzarətinin tanınmasını müzakirə mövzusu belə, saymır. Ukraynada legitimlik böhranının qarşısını almaq üçün prezident və parlament seçkilərinin daha tez bir zamanda keçirilməsi təklif olunur. Avropa Birliyi NATO-ya mərhələli üzvlük prosesi ilə yanaşı, Ukraynaya təhlükəsizlik təminatlarını daha geniş siyasi çərçivəyə bağlayır.

Digər tərəfdən, yenə də ABŞ-dan fərqli olaraq, Brüsseldə Rusiyanın dondurulmuş aktivlərini müzakirə masasından qaldırmaq istəmir. Yəni, Avropa Birliyi bu resursların Ukrayna ilə bağlı gələcək bərpa fondlarının əsas qaynaqlarından biri ola biləcəyini düşünür. Bu önəmli fərqlər onu göstərir ki, Avropa Birliyi Ukrayna üçün  daha uzunmüddətli və təhlükəsizlik yönümlü bir strategiya formalaşdırır.

Onu da nəzərə almaq lazımdır ki, Avropa Birliyi rəsmiləri Ukraynanın bərpa dəyərinin artıq 600 milyard dollara yaxınlaşdığını bildirir. Rəsmi Kiyevin isə özəl xarici kapital cəlb etmək imkanı yoxdur. Bu vəziyyət Avropa Birliyi üçün büdcədə uzunmüddətli yük, sosial-iqtisadi və siyasi təzyiqlərin artması, sağçı populist qüvvələrin Ukrayna siyasətinə qarşı müqavimətinin güclənməsi, ABŞ-ın maliyyə öhdəliyindən uzaqlaşdığı bir vaxtda yükün demək olar, tam olaraq, "qoca qitə"nin üzərinə düşməsi kimi ciddi risklər vəd edir. Və Brüsseldə əmindirlər ki, ABŞ-ın öz "sülh planı"nı gizlətməsi Avropa Birliyini yalnız siyasi-diplomatik deyil, həm də maliyyə-iqtisadi baxımından, ciddi təhlükəyə atır.

Maraqlıdır ki, "Washington Post"un analitiklərinin fikrincə, Ukrayna prezidenti Volodimir Zelenski bu savaş dövründə ilk dəfə bu qədər çətin seçim qarşısında qalıb. Donetskin Rusiyaya təhvil verilməsi rəsmi Kiyev üçün ölkədaxili siyasi partlayış təhlükəsi deməkdir. Buna müqavimət göstərilməsi isə müharibənin daha da uzanması, resursların tükənməsi və Qərbin Ukraynaya dəstəkdən yorulması ilə nəticələnə bilər. Üstəlik, ABŞ və Avropa Birliyinin fərqli yanaşmaları rəsmi Kiyevin manevr imkanlarını daha da məhdudlaşdırır. Belə ki, rəsmi Kiyev indi həm təhlükəsizlik, həm maliyyə, həm də siyasi-diplomatik istiqamətlər üzrə bir-birinə zidd təzyiqlərlə üz-üzədir.

Bütün bunlara paralel olaraq, son həftələrdə Avropa liderlərinin açıqlamaları "qoca qitə"nin mövqeyinin kəskin şəkildə sərtləşdiyini göstərir. Onlar Rusiyanın son 100 ildə “19 ölkəyə hücum etdiyini” bildirərək, Kremli açıq şəkildə “sistemli təhdid” qaynağı kimi təqdim edirlər. Almaniya kansleri Fridrix Merts Tramp administrasiyasının sülh təşəbbüslərini dəstəkləsə də, Avropa Birliyinin “ABŞ siyasətinin piyada alətinə çevrilməsinə” də qarşı çıxır. Almaniyanın müdafiə naziri Boris Pistoriyus isə rəsmi Kiyevi indiki şərtlər daxilində Kremllə anlaşmaqdan çəkinməyə çağıraraq, Ukraynanın təktərəfli güzəştə getməsini “xəyanət” adlandırıb. Və bu açıqlamalar Avropa Birliyində yeni bir “sərt xətt koalisiyası"nın formalaşmağa başladığını göstərir.

Göründüyü kimi, Ukrayna ətrafında yaranmış situasiya Qərb dünyasında yeni qütbləşmə prosesinə yol açmaqdadır. Çünki ABŞ-ın planı minimum maliyyə və risk, Avropa Birliyinin planı isə maksimum təhlükəsizlik və siyasi öhdəlik üzərində qurulur. Böyük ehtimalla bu parçalanma yalnız sülh danışıqlarının gedişinə deyil, həm də Qərb dünyasının gələcək geopolitik arxitekturasına da təsir edəcək. Ukrayna indi məhz bu iki model arasında seçim etməyə məcburdur. Və bu seçim isə ölkənin gələcək onilliklərini müəyyən edə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Noyabr 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see173

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see127

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see123

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see123

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri