Icma.az
close
up
RU
Ukrayna və Kanada 100 illik tarixi saziş imzaladı VİDEO

Ukrayna və Kanada 100 illik tarixi saziş imzaladı VİDEO

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karni Kalqaridə 100 illik tərəfdaşlıq haqqında Bəyannamə və bir sıra digər ikitərəfli sənədlər imzalayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə liderlərin Kanada hökumətinin saytında dərc olunmuş birgə bəyanatında qeyd olunub.
 

"Bu sənədlə ölkə liderləri dövlətlər arasında iqtisadi, siyasi və təhlükəsizlik sahəsində tərəfdaşlıq və əməkdaşlığın dərinləşdirilməsi, eləcə də Ukraynada ədalətli və davamlı sülhün dəstəklənməsi məqsədilə 100 illik tərəfdaşlıq haqqında saziş bağlamağı öhdələrinə götürüblər", - bəyanatda bildirilib.


Liderlər Ukraynanın təhlükəsizliyinin Avratlantik təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu, Ukraynanın gələcəyinin isə NATO-da olduğunu təsdiqləyib, həmçinin Aİ və NATO-ya tamhüquqlu üzvlük yolunda Ukrayna islahatlarının davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Kanada və Ukrayna həmçinin kəşfiyyat, kibermüdafiə, pilotsuz uçuş aparatlarına qarşı mübarizə və elektron basdırma vasitələri, eləcə də hibrid təhdidlərə və xarici informasiya manipulyasiyasına qarşı mübarizə sahələrində əməkdaşlığı dərinləşdirəcəklər.
 

Ölkələr pilotsuz sistemlərin, pilotsuz uçuş aparatları əleyhinə vasitələrinin və döyüş sursatlarının birgə istehsalı üçün uzunmüddətli müdafiə sənayesi tərəfdaşlığı yaradacaqlar. Tərəfdaşlıq 24 avqust 2025-ci il tarixində Kiyevdə imzalanmış birgə istehsala dair Niyyət məktubu əsasında inkişaf edəcək və tədqiqatları, eləcə də texnologiyaların ötürülməsini nəzərdə tutacaq.


Kanada həmçinin Rusiyaya qarşı iqtisadi təzyiqi qoruyub saxlayacaq və gücləndirəcək, eləcə də "Yeddilik Qrupu" üzrə tərəfdaşları ilə birlikdə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın xeyrinə istifadə yollarını öyrənəcək.
Tərəflər həm də üç prinsipə – müdafiə innovasiyalarına, iqtisadi artım və bərpaya, eləcə də ikitərəfli ictimai əlaqələrə əsaslanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin bağlanması üzərində işləməyə razılaşıblar.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Sentyabr 2026 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri