Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

El birliyindən doğan güc

El birliyindən doğan güc

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Təbiətin öz gözəlliyini əsirgəmədi­yi Lerik torpağında elə kəndlər var ki, onların dəyəri yalnız coğrafi mövqeyi, təbiəti, yaxud əhalisinin sayı ilə öl­çülmür. Belə kəndlərin özünəməxsus mənəvi iqlimi, nəsildən-nəslə ötürülən ənənələri, insanları bir-birinə bağla­yan görünməz telləri var. Rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Çayrud da məhz belə kəndlər­dəndir.

Çayrudun tarixi, əslində, bu torpaqda ya­şayan insanların zəhmətinin, qurub-yaratmaq həvəsinin, elmə və təhsilə münasibətinin, el-oba qarşısında məsuliyyət duyğusunun tarixidir. Kəndin həyatında hər nəslin öz izi, hər ailənin öz payı var. Yaşlı sakinlər keç­mişdən danışanda təkcə ötən illəri xatırlamır, həm də o illərdə formalaşmış həyat fəlsəfəsi­ni yada salırlar: insan harada yaşamasından, hansı uğurlara çatmasından asılı olmayaraq, doğulduğu torpağa borcludur. Bu borcun nə demək olduğunu Çayrudun son illərdə ya­şadığı dəyişikliklərdə daha aydın görmək mümkündür.

Bu gün Çayrudda həyata keçirilən abad­lıq və quruculuq işlərinin arxasında da həmin ənənənin dayandığının şahidi oluruq. Sadəcə, zaman dəyişib, imkanlar genişlənib, kən­din övladları dünyanın müxtəlif ölkələrinə səpələniblər. Ancaq onları birləşdirən doğma yurd sevgisi dəyişməyib.

Əlbəttə, yurda bağlılıq yalnız xatirələrlə, nostalji hisslərlə ölçülmür. Əsl bağlılıq do­ğulduğun torpağın bugünkü qayğılarına şərik olmaq, onun problemlərinin həllinə imkanın daxilində töhfə verməkdir. Çayrudluların son illərdə nümayiş etdirdikləri həmrəylik məhz bu düşüncədən qaynaqlanır.

Bu kəndin övladları sovet dövründə daha çox Rusiyanın və keçmiş İttifaq respublika­larının müxtəlif şəhərlərində məskunlaşırdı­larsa, indi onların sorağı ABŞ-dan, Kanada­dan, Almaniyadan, Polşadan, Estoniyadan, Türkiyədən və Avropanın ayrı-ayrı ölkələ­rindən gəlir. Aralarında alimlər, mühəndislər, müəllimlər, sahibkarlar, müxtəlif sahələrdə çalışan mütəxəssislər var. Coğrafi məsafələr nə qədər böyük olsa da, Çayrud onlar üçün dəyişməyən bir ünvan olaraq qalır.

4-5 il əvvəl kəndin uzun müddət baxım­sız qalmış yollarının bərpası ilə bağlı təşəb­büsün irəli sürülməsi də məhz bu bağlılığın təzahürüdür. Kənd ziyalıları, ağsaqqallar və icma üzvlərinin iştirakı ilə başlanan müza­kirələr qısa müddətdə geniş bir həmrəylik hərəkatına çevrildi. Azərbaycanın müxtəlif bölgələrində, eləcə də xarici ölkələrdə ya­şayan çayrudlular bir nəfər kimi bu çağırışa qoşuldular.

Mən də kənd icmasının, ölkə daxilində və xaricində yaşayan ziyalıların videobağlantı vasitəsilə keçirdikləri müzakirələrdən birin­də iştirak edirdim. Söhbət kəndin problemlə­rindən, görülməsi vacib olan işlərdən gedir­di. Ancaq diqqətimi çəkən yalnız müzakirə olunan məsələlər deyildi. Məni daha çox bu insanların düşüncə tərzi, yanaşması, təşəb­büsün arxasında dayanan mənəvi mövqeləri düşündürürdü.

Kəndin ağsaqqallarından olan Nəsir Rzayevin fikirlərində də bu münasibət aydın hiss olunurdu. Söhbətin gedişində özümdən asılı olmayaraq sual verdim:

– Bir məsələ mənə maraqlıdır. Dövlət olan yerdə siz bu qədər işin altına niyə girir­siniz? Axı bunların hər biri böyük vəsait, vaxt və təşkilatçılıq tələb edir. Üstəlik, hamınız müxtəlif yerlərdə yaşayırsınız. Sizi bir araya gətirən nədir?

Bir anlıq sükut yarandı. Hiss olunurdu ki, verilən sualın cavabı onların hər biri üçün o qədər təbii və aydındır ki, bunu izah etməyə ehtiyac duymurlar. Nəhayət, söhbətə təşəb­büskarlardan biri, tanınmış tikinti mühən­disi, xeyriyyəçi Övsət Həmidov qoşuldu.

– Məgər Azərbaycan vətəndaşı olan biz­lər dövlət deyilikmi? – deyə o, təmkinlə sözə başladı: 

– Əsas Qanunumuzda da göstərilir ki, dövlətin mənbəyi xalqdır. Elə isə nədən dövlətimizin belə bir vaxtında biz kənarda qalmalıyıq? Bəzən elə düşünürük ki, hər işi dövlət görməlidir. Bəs vətəndaş olaraq biz bu ölkədə yaşamağın haqqını hansı xidmətimiz­lə ödəyirik? Bu məsələnin mənəvi tərəfi də var. Çayrud torpağı bizi yetişdirib, bizə təhsil almaq, həyata atılmaq, özümüzü təsdiq et­mək imkanı verib. İndi bizim də doğma yur­da borcumuz var.

Övsət müəllimin bu sözləri söhbətin is­tiqamətini dəyişdi. Məsələ artıq yalnız yol çəkmək, körpü tikmək, küçələri işıqlandır­maq deyildi. Söhbət insanın öz köklərinə münasibətindən, qazandığı uğurların arxasın­da dayanan torpağı unutmamasından gedirdi.

Xeyriyyəçi, iş adamı Ehtiram Miriyevin fikirləri də müzakirənin əsas məğzini tamamlayırdı:

– Övsət müəllimin dediklərinə tamamilə şərikəm. İnsan harada yaşamasından, hansı vəzifədə çalışmasından, hansı imkanlara sa­hib olmasından asılı olmayaraq, doğulduğu yeri unutmamalıdır. Bizim üçün Çayrud yal­nız uşaqlığımızın keçdiyi kənd deyil. Bura ata-babalarımızın ocağı, ailələrimizin tarixi­dir. Əgər bu gün müəyyən imkanlarımız, qa­zancımız, həyat təcrübəmiz varsa, bunlardan doğma el-obamızın xeyrinə istifadə etməyin nəyi pisdir? Hər kəs imkanına uyğun bir işin qulpundan yapışsa, birlikdə çox böyük nəti­cələr əldə etmək mümkündür. Əsas odur ki, insanın niyyəti saf olsun, gördüyü işi təmən­na ilə bağlamasın.

Övsət Həmidovla söhbəti davam et­dirərək soruşdum:

– Sadalanan işlərdən görünür ki, xeyli vəsait xərclənib. Bu maliyyə necə toplanır? Axı söhbət təkcə bir küçənin təmirindən, yaxud kiçik bir abadlıq işindən getmir.

– Vəsaiti Çayrudda doğulmuş, burada boya-başa çatmış, özünü bu kəndin övla­dı hesab edən insanlar göndərirlər. Onların arasında kişilər də var, qadınlar da. Bu gün çayrudlular dünyanın müxtəlif ölkələrində yaşayırlar. Kəndimizdən bir çağırış gedəndə hər kəs bacardığı qədər kömək etməyə çalışır. Bizim üçün əsas məbləğ deyil, insanların bu işə ürəklə qoşulmasıdır. 

Hələ 1990-cı illərin əvvəllərində kənddə elektrik enerjisi ilə bağlı ciddi problemlər vardı. Elektrik təchizatında tez-tez yaranan fasilələr olur, bu da sakinlərin gündəlik hə­yatına çətinliklər gətirirdi. Problemin həlli üçün Bakıda yaşayan bir qrup çayrudlu ziya­lının təşəbbüsünü kənd icması da dəstəklədi. Müəyyən çətinliklərə baxmayaraq, vəsait toplandı və problemin aradan qaldırılması üçün yeni yarımstansiya quruldu.

Beləcə, ilk addım atılır. Sonralar uzun müddət maliyyə çatışmazlığı üzündən baxımsız qalmış Lerik – Çayrud yolunun vəziyyətinin yaxşılaşdırılması məsələsi gün­dəmə gəlir. Kəndin ziyalıları və xaricdə ya­şayan həmkəndliləri yenidən bir araya gəlir­lər. Bu dəfə təşəbbüs daha geniş miqyas alır. Çayrudda başlanmış işlər ətraf kəndlərin də diqqətini çəkir. Onların ziyalıları da öz el-obalarının problemlərinin həllinə qoşulurlar.

Beləliklə, bir kəndin təşəbbüsü, tədricən, bölgədə ictimai həmrəyliyin yeni nümunəsinə çevrilir. 2019–2026-cı illər ərzində Çayrudda görülən işlərin miqyası bu birliyin nəticəsi­ni aydın göstərir. Kəndin girişindən mərkə­zinədək yol boyunca 1 kilometrədək istinad divarları tikilib, 600 metr su arxları çəkilib. Saxtaro dağının döşündən kəndə enən yolun 16 metrlik hissəsi əvvəlki səviyyədən dörd metr qaldırılaraq yenidən qurulub. Kəndin mərkəzi parkı abadlaşdırılıb, kəndin girişində çayın üzərində 1982-ci ildə inşa edilmiş köh­nə körpü genişləndirilərək yenidən tikilib.

Kəndin mərkəzi ilə Diqo məhəlləsini birləşdirən yolda, eləcə də Təzəkənd məhəl­ləsinə gedən istiqamətdə istinad divarları inşa olunub, küçələr abadlaşdırılıb. Yaşayış məntəqəsinin yuxarı məhəlləsindən çöl əra­zisinə gedən yol genişləndirilərək avtomobil­lərin sərbəst hərəkəti üçün uyğunlaşdırılıb. “Qurd” deyilən ərazidə 2 hektar sahədə ya­radılmış süni gölun ətrafında ağaclar əkilib, ərazi qaydaya salınıb, suyun üzərində və gölün kənarlarında söhbətgahlar quraşdırı­lıb, istirahət üçün şərait yaradılıb, içməli su xətti çəkilib. Balıqçılıq üçün şərait olduğu nəzərə alınaraq gölə körpə balıqlar buraxı­lıb, insanların rahat gediş-gəlişi üçün yol yenidən abadlaşdırılıb. Bilyonu deyilən əra­zidəki çeşmənin ətrafında da insanların yay aylarında istirahəti üçün gözəl məkan yara­dılıb. Kəndin hər iki qəbiristanlığında təmir və abadlıq işləri aparılıb. Çayrudun bütün məhəllərarası küçələri müasir şəkildə işıq­landırılıb. Hər il kənddaxili yollar, həmçinin Çayrud-Lerik yolunun Monidigah kəndinə qədər olan hissəsi təmir edilir, yerli çınqılla çuxurlar örtülür. Müxtəlif ərazilərdə, ümumi­likdə, 600 ağac əkilib.

Bütün bu işlərin arxasında insan əməyi, təşkilatçılıq, maddi dəstək və ən başlıcası, ortaq məsuliyyət dayanır. Kənddə bu işlərin icrasına biləvasitə rəhbərlik edən və bu iş­lərdə fəallıq göstərən Namaz Əhmədovun, Tofiq Abidovun və Sulduz Hüseynovun adı tez-tez çəkilir. 

Çayrudda görülən işlərin arasında xüsusi mənəvi məna daşıyan iki istiqamət var: Şə­hidlər kompleksinin yaradılması və İkinci Dünya müharibəsində həlak olmuş həmyer­lilərin xatirəsinə ucaldılmış abidənin yenidən qurularaq Əbədi Yaddaş Kompleksinə çevril­məsi.

Bir kəndin tarixi yalnız orada tikilmiş evlər, salınmış yollar, məktəblər və parklarla ölçülmür. Həmin tarixdə bu torpaq uğrunda həyatını itirmiş insanların da payı var. On­ların xatirəsini yaşatmaq, adlarını gələcək nəsillərə çatdırmaq hər bir icmanın mənəvi məsuliyyətidir. Çayrudlular bu məsuliyyəti unutmurlar. Onlar yaxşı anlayırlar ki, bu gün rahat yaşadığımız Vətən torpağının, müstəqil dövlətimizin, doğma kəndlərimizin varlığı uğrunda canından keçənlərin xatirəsinə ehti­ram yalnız sözlə ifadə olunmamalıdır.

Övsət müəllimin söhbətində bu fikir xüsusi vurğulanırdı:

– Biz ata-babalarımızdan eşitmişik ki, hər bir insanın el-obası, Vətəni, torpağı qar­şısında borcu var. Şəhidlərimiz bu borcu canları ilə ödədilər, qazilərimiz sağlamlıqları bahasına Vətənə xidmət etdilər. Biz onların qarşısında mənəvi borcumuzu necə ödəmə­liyik? Hər kəs öz işi, əməyi, imkanları ilə. Doğma kəndimiz üçün gördüyümüz işlərə də bu məsuliyyətin bir hissəsi kimi baxırıq.

Bu fikirlərdə böyük həqiqət var. Çünki vətənpərvərlik yalnız Vətənin dar günündə göstərilən fədakarlıq deyil, həm də gündəlik həyatda, insanın öz torpağına, insanlarına, ta­rix və yaddaşına münasibətində təzahür edir.

Söhbət zamanı bir məsələ də aydın oldu: çayrudluların təşəbbüsü dövlətin üzərinə düşən vəzifələri əvəz etmək iddiası daşımır. Əksinə, onlar dövlətin həyata keçirdiyi bö­yük quruculuq işlərini, xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda apa­rılan bərpa prosesini nəzərə alaraq, doğma kəndlərinin bir sıra problemlərinin həllində öz imkanlarından istifadə etməyə çalışırlar.

Bu, dövlətlə vətəndaş arasında məsuliy­yət bölgüsünü düzgün anlamaqdır. Dövlətin gücü yalnız iqtisadi imkanları, maliyyə re­sursları və idarəetmə mexanizmləri ilə ölçül­mür. Dövlətin gücü həm də vətəndaşlarının fəallığında, cəmiyyətin problemlərinə müna­sibətində, insanların ümumi mənafeyə xid­mət etmək bacarığında üzə çıxır.

Övsət Həmidovun söhbətimizin əvvəlin­də səsləndirdiyi “Məgər biz dövlət deyilik­mi?” sualı məhz bu mənada düşündürücüdür. Bu sualın cavabı, əslində, Çayrudda görülən işlərin özündədir. Çünki həmin işlərin hər bi­rində dövlətə, Vətənə, doğma yurda bağlılı­ğın əməli ifadəsi var.

Ehtiram Miriyevin söhbətə müdaxiləsi də bir həqiqəti təsdiqləyirdi: xeyriyyəçilik yalnız imkanlı adamların müəyyən məbləğdə vəsait ayırması deyil, insanın öz imkanını cə­miyyətin ehtiyacları ilə bölüşmək mədəniy­yətidir. Xeyirxahlıq o zaman ictimai dəyərə çevrilir ki, onun ətrafında başqaları da bir­ləşir, ortaq məqsəd formalaşır və görülən iş konkret nəticə verir.

Söhbətimiz başa çatanda Çayrud haqqın­da əvvəlki təsəvvürümə yeni bir məna əlavə olunmuşdu. Mən bu kənddə yalnız dağların qoynunda yerləşən qədim yaşayış məntəqəsi­ni deyil, həm də keçmişinə hörmətlə yanaşan, bu gününü qurmağa çalışan, gələcəyinə mə­suliyyətlə baxan bir icmanı gördüm.

İnsan bəzən doğulduğu kənddən uzaqda böyük uğurlar qazanır. Vəzifə sahibi olur, biznes qurur, elmi dərəcə alır, övladlarını bö­yüdür. Lakin bütün bunların içində bir sual daim qalmalıdır: mənə bu yola çıxmağa ilk imkan verən torpaq üçün nə etmişəm?

Çayrudluların cavabı var. Onlar doğma kəndin yollarını abadlaşdırır, körpülərini yenidən qurur, küçələrini işıqlandırır, park­larını gözəlləşdirir, şəhidlərinin və müharibə qurbanlarının xatirəsini yaşadır, məktəbi­nin uğurlarına sevinir, gənclərin gələcəyinə dəstək göstərirlər. Bütün bunları birləşdirən isə sadə, amma dərin bir düşüncədir: insan öz kökünü unutmamalıdır.

Bəlkə də Çayrudun ən böyük qazancı ti­kilən körpülər, çəkilən yollar, salınan parklar deyil. Ən böyük qazancı dünyanın müxtəlif ölkələrinə səpələnmiş övladlarının hələ də bir kəndin adı ətrafında birləşə bilməsidir. Bu birlik maddi imkanlardan daha qiymətli mənəvi sərvətdir.

Bir kəndin inkişafı üçün bəzən böyük layihələrə, milyonlarla vəsaitə ehtiyac olur. Amma elə işlər də var ki, onların başlanması üçün, ilk növbədə, insanların bir-birinə ina­mı, doğma yurda sevgisi və ortaq məsuliyyət hissi lazımdır.

Çayrudlular bu həqiqəti öz əməlləri ilə göstərirlər. Dağların qoynunda yerləşən bu kənddə bu gün yanan küçə işıqları, bərpa edil­miş körpü, abadlaşan yollar, yenilənən park, şəhidlərin xatirəsinə ucaldılan kompleks tək­cə quruculuq işlərinin nəticəsi deyil. Bunlar həm də birliyin, sədaqətin, xeyirxahlığın gö­rünən nişanələridir.

Çayrudun bugünkü həyatından çıxan əsas nəticə də budur: doğma yurda sevgi söz­lə deyil, əməllə ölçülür.

İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri