Ukrayna və Rusiya sabah əsir mübadiləsi aparacaq
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Ukrayna və Rusiya arasında sabah yeni əsir mübadiləsi gözlənilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Milli Xəbər Agentliyi (УНН) məlumat yayıb.
Mənbəyə əsasən, mübadilə Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə həyata keçiriləcək. Tərəflər təxminən 500 hərbi əsiri və 46 yaralı əsgəri dəyişməyə razılaşıblar.
Qeyd edək ki, müharibə başlayandan bəri Ukrayna və Rusiya BƏƏ-nin vasitəçiliyi ilə bir neçə əsir mübadiləsi həyata keçirib. Son dəyişikliklə birlikdə bu mexanizm çərçivəsində azad olunanların ümumi sayı 3233 nəfərə çatacaq.
Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio bu gün bəyan edib ki, yaxın günlərdə sülh razılaşması istiqamətində irəliləyiş müşahidə olunmasa, Vaşinqton Rusiya və Ukrayna arasında vasitəçilik səylərindən imtina edəcək.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 18 Aprel 2025 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















