Icma.az
close
up
RU
Ukraynada döyüşən azərbaycanlılar: Diaspor faktları açıqladı

Ukraynada döyüşən azərbaycanlılar: Diaspor faktları açıqladı

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu gün genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 1391-ci günüdür. Məlum olduğu kimi, müharibə amansız şəkildə davam edir. Rusiyanın Ukraynaya təcavüzü Ukraynada yaşayan soydaşlarımızı da bu müharibəyə səfərbər edib”.

Bu barədə Gununsesi.info-ya Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlı deyib.

“Müharibənin ilk günlərindən minlərlə soydaşımız Ukraynanın haqlı davasına və yaşadığımız Ukraynaya vəfa borcunu yerinə yetirmək üçün silaha sarılıblar. Müharibə dəhşətdir, faciədir. Bu faciəni bizim soydaşlarımız da öz həyatlarında hiss edirlər. Mətbuat və sosial mediada müharibə dövründə həlak olan soydaşlarımız haqqında ziddiyətli rəqəmlər səsləndirilir”,– o, həmçinin bildirib.

Qabil Osmanlı məsələ ilə bağlı statistik rəqəmləri də qeyd edib:

“Məsələyə aydınlıq gətirmək üçün bəzi məqamları qeyd etmək istəyirəm. Belə ki, Ukraynaya tərəfindən hal-hazırda minlərlə soydaşımız döyüşür(əksəriyyəti Ukrayna vətəndaşlarıdır). Təəssüf hissi ilə qeyd edim ki, 100-dən çox soydaşımız döyüş şəraitində həlak olub. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Ukrayna-Azərbaycan Könüllüləri “Qardaşlıq Cəmiyyəti” olaraq, Ukraynada həlak olan soydaşlarımızın siyahısı, onların problemləri və gələcəkdə adlarının əbədiləşdirilməsi istiqamətində müəyyən işlər görürük. Müharibə dövründə bununla bağlı hazırkı şəraitinə rəğmən bir neçə tədbir keçirmişik. Qeyd edim ki, müharibə şəratində həlak olan və Ukrayna vətəndaşı olan soydaşlarımızın(ailələrinin)sosial təminatı və digər problemlərini də Ukrayna dövləti tərəfindən həll olunur. Yəni onlar yaşadıqları ölkənin müdafiəsi uğrunda canlarından keçiblər, hər birinin də əbədi xatirəsi daima yaddaşımızda qalacaqdır”.

Mətbuat katibi müharibəyə Rusiya tərəfindən qoşulan həmvətənlərimizə də çağırış edib:

“Təəssüf hissi ilə onu da qeyd edim ki, Rusiya tərəfindən, yəni işğalçıya qoşularaq Ukraynaya hücum edən soydaşlarımız da var. Onlar müəyyən təminat müqabilində, şirnikləndirici vədlərlə müharibəyə qoşulublar. Son dövrlər hər gün demək olar ki, ölüm xəbərini alırıq. Rəsmi statistika olmadığından, müşahidələrimizə əsasən qeyd edə bilərəm ki, bu say yüzlərlədir. Sonda qeyd edim ki, Rusiya tərəfindən döyüşən soydaşlarımızdan fərqli olaraq, Ukraynada yaşayan soydaşlarımız vəd müqabilində və ya zorla müharibəyə cəlb olunmurlar. Kiminsə qarşısını almaq olmaz, amma Rusiya tərəfindən müharibəyə qoşulan soydaşlarımız bir daha düşünməlidirlər ki, bizim bu müharibədə nə işimiz var?!. Qoşulub həlak olandan sonra yaxınlarına ayrı bir dərd olurlar. Bu faciəni yaxınlarımıza yaşatmamaq üçün bir daha düşünüb, tezliklə bu yoldan çəkinməlidirlər”.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Dekabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see159

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri