Ukraynada təcili yardım sürücüləri səfərbər edilir
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynada təcili tibbi yardım işçilərinin səfərbər edildiyi bildirilir. Məlumata görə, Ukrayna polisi ağır xəstələri təxliyə edərkən Qırmızı Xaç təcili yardım sürücüsünü saxlayaraq hərbi komissarlığa göndərib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün Telegram kanalında məlumat verib.
Parlament üzvü yazıb:
"Nikolayv vilayətinin Baştanski Rayon Polis İdarəsinin polis əməkdaşları sənədlərini yoxlamaq üçün Qırmızı Xaç təcili yardım maşınını saxlayıblar. Sürücünün sənədləri qaydasında idi, lakin zabit onun sərxoş olduğundan şübhələnib və narkotik və alkoqol testindən keçmək üçün onlarla birlikdə getməsini istəyib. Əslində isə sürücü hərbi tibbi müayinədən keçmək üçün toplama məntəqəsinə aparılıb".
Onun sözlərinə görə, təhlükəli ərazilərdən təxliyə edilən iki ailə (biri, ətrafı amputasiya olunmuş kişi, üç yaşlı oğlu və nənəsi, digəri, xərçəng xəstəsi olan qadın və oğlu) maşında qalıblar. Onlar bir müddət sonra nəzarət məntəqəsini tərk ediblər.
Deputat yazıb:
"Biz Milli Polisdən izahat tələb edirik. Nikolayev Vilayət hərbi qeydiyyat və komissarlıq nümayəndələrindən izahat tələb edirik".
Anar
Bu mövzuda digər xəbərlər:Ukraynada 500 min nəfər səfərbər
04 Noyabr 2024 18:37
Ukraynada Rada qadınları səfərbər etməyə çağırıb
04 Noyabr 2024 21:59
Ukraynada artıq ehtiyatda olanlar da səfərbər ediləcək
06 Yanvar 2025 17:49
Ərdoğandan Ukraynada təcili atəşkəs ÇAĞIRIŞI
07 Mart 2025 16:18
Ukraynada qadınlar da müharibə üçün səfərbər edilə bilər
13 Avqust 2026 16:26
Baxış sayı:117
Bu xəbər 14 Avqust 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















