Ukraynada iki gürcü hərbçi həlak oldu
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Ukraynada döyüşən iki gürcü hərbçi – David Dvalişvili və Mamuka Beriya həlak olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynadakı döyüşlərə qatılmış gürcülər sosial şəbəkə hesablarında məlumat yayıblar.
Məlumatlara əsasən, hər iki hərbçi ötən gün döyüşdə həyatlarını itiriblər.
Gürcüstanın Xarici İşlər Nazirliyi hərbçilərin həlak olması faktını təsdiqləyib. Bildirilib ki, onların cənazələrinin vətənə gətirilməsi üçün müvafiq prosedurlar həyata keçiriləcək.
Qeyd edək ki, 2022-ci ilin fevralından Rusiya-Ukrayna müharibəsi başlayandan 60-dan çox gürcü könüllü döyüşçü həlak olub.
Baxış sayı:67
Bu xəbər 06 Fevral 2025 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















