Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Xalidə Səfərovanı məşhur fransız rəssamla birləşdirən amil nədir?

Xalidə Səfərovanı məşhur fransız rəssamla birləşdirən amil nədir?

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

23 dekabr Xalq rəssamı Xalidə Səfərovanın anım günüdür.

Kulis.az bu münasibətlə Arzu Mürvətovanın “Xalidə Səfərovanın yaradıcılığında natürmort janrının bədii xüsusiyyətləri” yazısını təqdim edir.

Azərbaycan rəngkarlığının görkəmli nümayəndələrindən biri, öz əvəzsiz yaradıcılığı ilə təsviri sənətimizin inkişafında misilsiz xidmətlər göstərmiş istedadlı rəssamlardan Xalidə Səfərovanın əsərlərində həyata keçirdiyi real səhnələr parlaq tonları, işıq nüansının məharətli verilməsi, kölgə oyunlarının yüksək bədii ifadəsi, dolğun kompozisiya quruluşu və bu istiqamətlərin yüksək dəyərini açıqlayır.

Müxtəlif janrlarda bir-birindən gözəl əsərlərə müəlliflik etmiş X. Səfərova natürmortlarında istifadə etdiyi rənglərin və tonların xüsusiyyəti ilə, yoğunluğu ilə və bir-birini izləyən boya qatları ilə obyektin formasını və əsas xüsusiyyətləri vermişdir.

Əslində, bu xüsusiyyəti onun digər janrlarda həyata keçirdiyi əsərlərinə də aid etmək olar. Lakin rəssamın əsasən natürmortlarında müstəvi qaydalarına uyğun olsa da, onların dərinləşməsinə verildiyi üçün sanki üç ölçülü effekt təsiri bağışlayır. Bu xüsusiyyəti məşhur Fransız rəssamı Pol Sezanın əsərlərində də görə bilərik.

Məsələn, rəssamın təxminən 1869-cu ildə yaratdığı meyvələrlə natürmortunda obyektlərin dəqiqliyi, təsvirdəki dərinlik anlayışının yüksək ağırlıqda verilməsi əsərin canlı təəssüratını yaşadır. X.Səfərovanın da natürmortlarında işıq nüansının olduqca ifadəli verilməsi əsərlərin impressionist meyllər özünü göstərir.

Məsələn, rəssamın “Meyvələrlə natürmort”larından birində rəssam əsas olan meyvələrin dağınıqlığını hündür güldanın əhatəsində canlandırmışdır. Təsvirdəki detalların tərənnümündə rəng və həcmlərin əlaqəsini əsaslandırmışdır. Burada məqsəd sadəcə görülənləri olduğu kimi təbiiliyi ilə vermək deyil, onu təsəvvür edərək, düşünən sənətkarın özünü ifadə etməsidir. Xalidə Səfərova natürmortlarında seçdiyi bir obyekti əsas götürərək onun formasından, ölçüsündən asılı olmayaraq digər təsvir detalları ilə əlaqəli olmasını tərənnümün edir. Belə nümunələrdən olan narlarla və gilasla olan natürmortları diqqəti cəlb edir.

“Narlarla natürmort”da açıq tündlü arxa plana alınmış ləkələr, kölgələr bütün elementlərin məkanla əlaqəli ifadəliliyini təsdiq edir. Öndə qoyulmuş masanın ağ süfrəsi üzərində verilmiş təsvir bədii ifadələrlə harmoniya yaratmışdır. Masanın mərkəzində içərisində al-əlvan güllər, çiçəklər olan vaza qoyulmuşdur. Hətta vazanın parlaq şirəli forması üzərində vurulmuş göy rəngli naxışlar aydın göstərilir. Sarı güllərin sıx yaşıl yarpaqları arasında özünün təzad yaradan kəskin ton rəng keçidləri ilə əlvanlılığı diqqəti cəlb edir.

Masanın bir tərəfində uzunayaqlı su stəkanları və sürahi qoyulmuşdur. Onların şəffaf parıltısı xüsusi rəngkarlıq effektlərinin əhatəli istifadəsi ilə həyata keçirilmişdir. Lakin natürmortda əsas olan narların təsviridir ki, rəssam onu öndə sini içərisində kəsilmiş formada tərənnüm etmişdir. Burada qırmızı çaların ifadəsində rəssam onu digər elementlərlə əlaqələndirərək əsas xüsusiyyətini, görüntüsünü meydana çıxartmağa çalışmışdır.

Bu xüsusiyyəti rəssamın “Gilasla natürmort” əsrində də görmək olar. Arxanın qəhvəyi fonu üzəridə açıq tonların yer alması əsasən iri bir güldanın içərisindəki sarı və ağ çiçəklərin, güllərin tərənnümü özünü göstərir. Rəssam burada arxanın tünd çalarları ilə onun önündəki güllərin açıq çalarları arasında kəskin təzad yaradaraq “cansız təbiətin” emosional-ekspressiv ifadə tərzini yüksək məharətlə canlandırmışdır.

Səhnənin önündə verilmiş sininin içindəki digər detalların yanında isə əsərin mərkəzində dayanan, əsas mahiyyəti hesab edilən gilasların tərənnümü verilmişdir. Burada yenə də rəssam əsas olanın sadəcə təsviri ifadəsini canlandırmaq deyil, onun bədiiliyini, gözəlliyini bütün mühitlə, hətta digər detalların sıxlığında əlaqləndirilmiş şəkildə vermişdir. Bütün bunlar rəssamın yaradıcı süzgəcindən keçərək kətan üzərinə köçürülmüşdür. Ümumiyyətlə, Xalidə Səfərova natürmortlarında güclü bir müşahidəyə sahib olaraq sadə həqiqəti verməyi çalışmış və buna məharətlə nail olurdu. Təbii ki, o, obyektləri göründüyü kimi təsvir edirdi. Məsələn, bir masanın üzərində güldan, vaza, meyvələr kimi detallarda hər şeydən əvvəl işıqdakı effektinə ustalıqla diqqət yetirilmişdir. Romantikaya qaçmayan sənətkar bu tipli əsərlərində monumental bir ifadəni sadəliklə ifadə etmiş, kompozisilarındakı rəngləri incə bir formada təqdim etmişdir.

Rəssamın iki eyni adlı “Qarpız və güllərlə natürmort” əsərində ilk baxışda kompozisiya quruluşları arasında çox yaxınlığın olduğu düşünülsə də rəng effektinin, təsvir elementləri arasındakı fərqliliyin onların hər birinin özünəməxsus xüsusiyyətlərə malik olduğunu təsdiqləyir. Rəssam burada incə detallara qədər hər bir təsvir üzərindəki incə təcrübəsindən xəbər verir. İlk tablo ikinci ilə müqayisədə daha tünd çalarları ilə diqqəti cəlb edir.

Burada məkan daxilindəki bir qədər tünd rənglər də nəzərdən yayınmır. Hər iki əsər eyni pəncərənin təbiətə açılan səhnəsinin fonu üzərində verilmişdir. Lakin bu görüntülər günün saatına və hava şəraiti təqdim etdiyi ifadəyə görə fərqli formalarla özünü göstərir. Birinci əsərdə pəncərədən görünən təbiət buludlu səmanın gün işığına imkan verməyən tutqunluğunda ağacların, güllərin tünd bənövşəyi, qəhvəyi çalarları ilə diqqəti çəkir.

İkinci əsərdə isə parlaq günəş şüası ağacların yamyaşıl yarpaqlı budaqlarının aşağıya doğru açılan, maviləşən tonlarını təqdim edir. Günün fərqli saatlarında oxşar mühitdə qurulmuş natürmortun tərənnümünü verən rəssam hətta otağın bir küncündə görünən divardan asılmış əsərin bir fraqmentində belə onların arasındakı əhəmiyyətli fərqi təsvir dili ilə izah etmişdir.

Hər iki əsərdə masa üzərində ağ süfrə sərilmiş və işıq-kölgə nüansının məharətli istifadəsində özünün canlı ifadəsini verən detal təsvirlərlə diqqəti cəlb edir. İri ağ güldanın içərisində açıq tonlu sarı, çəhrayı, ağ güllərin arasına atılmış kiçik sarı yarpaqlar hər şeydən əvvəl əsərin estetik, zövq anlayışını önə çəkir. Digər əsərdə iki güldanın tərənnümü verilmiş və çiçəklər daha xırda və al-əlvandır.

Rəssam burada eyni detalın təsvirində onun məkan daxilindəki fərqli element və işıqlandırmada verməsi ilə fərqli təsir formalarını ifadə etməyə çalışmışdır. Onlardan birinin güldan və şüşə su qabının arasında, digərinin isə iki güldan arasında verilməsi də rəssamın bir elementin təsvirində onun bütün məkan və digər detallarla olan əlaqəsində özünəməxsusluq yaratdığını göstərməyə çalışması yüksək sənətkarlıqla öz təsdiqini tapmışdır.

X.Səfərova “Meyvələrlə natürmort” əsərində diqqəti çəkən masa üzərində çox sayda fərqli meyvələrin qoyulmasıdır.

Rəssam burada tam bütöv vazada, sinidə olan meyvələri masanın üzərinə yığsa da, onların hər birinin aydın görünməsinə çalışmışdır. Burada yaradıcı bir nizamın, təsvir dəqiqliyinin ifadəliyi diqqət çəkir. Nümunə olaraq, Həm Fransada, həm də İngiltərədə çiçək rəssamı olaraq şöhrət qazanan Henri Fantin Latourun natürmortlarına fikir verdikdə görərik ki, bir masa üzərindəki səbət içində armud və heyvalar, yanında bir az geridə qara bir vaza içində çiçəklər, ön qisimdə oval bir nimçə içində fincan, naringi, soyulmuş portağal və masanın küncündə bir kitab vardır. Bunların hamısı diqqətlə yerləşdirildiyindən bir-birlərini kölgədə qoymur.

X.Səfərova qeyd edilən əsərində bütün detalların yerində verilməsi dağınıq və parlaq bir işıq, açıq rəng arxa plan və isti rənglərin vasitəsilə meydanda balanslı bir kompozisiya yaranmışdır. Arxa fonun qəhvəyi fonu üzərində ilk nəzəri çarpan iri bir vazanın içərisində sarı heyvalar, üzümlər sıx bir şəkildə yerləşdirilmişdir.

Bu sıxlıq ön hissədəki müxtəlif təsvir detallarının dağınıqlığındakı ağırlığı tünləşdirərək təsvirlər arasında balans yaratmışdır. Qeyd edilən parlaqlıq, rəngarənglik arxa fonun bir qədər də tünd çalarında ifadə edilmiş masa üzərində verilməklə natürmort sanki önə çəkilərək özünü daha aydın şəkildə ifadə edir.

Natürmortlarını digər janrlarda həyata keçirən, həyata sevgi saçan rənglərin harmonik ifadəsini canlandıran istedadlı rəssam X.Səfərova işığın təsirlərini göstərən açıq rənglərdən istifadə edərək güllərlə olan natürmortlara xüsusi diqqət yetirmişdir. X.Səfərova çiçəklərin üzərindəki keçici, anlıq işıq meydana gəlmələrini sənətkarlıqla tutub uyğunlaşdırmışdır.

Misal olaraq belə nümunələrdən birində masanın güzgü kimi parlaqlığı sadəcə üst qatdan deyil, masaya toxunub əks salan işığı bütün istiqamətlərdən güllərin üzərinə salaraq onların xırda çiçəklərinin əlvanlığını, zərifliyini, gözəlliyini canlandırmışdır. Bir neçə fərqli güldanın verilməsi onların içindəki təsvirlərin olduqca sıx, qarışıq, aşağıya doğru olmasına baxmayaraq öz əhəmiyyətlərini itirmədən təsvirlərini təqdim edirlər.

Ümumiyyətlə, X.Səfərovanın əsərlərində heç bir xırda detal belə əhəmiyyətsiz olaraq atılmamış, digər elementlərlə öz əlaqəsini göstərmişdir. Qeyd edilən əsərdə də şüşədən olan şəffaf güldanın yanında qəhvəyi şüşə güldan, digər hissədə isə keramik ağ fon üzərində göy rənglərdə bəzədilmiş başqa bir güldan qoyulmuşdur.

Burada rəssam güllərin yerləşdirilməsində də onların qablarına görə miqyaslılıq nüansını nəzərdən qaçırmamış, onun incə məqamlarını belə ustalıqla həll etməyi bacarmışdır. Natürmortun arxa fonunda sənətkar yaşıl rəngin üzərində atılmış açıq tonlu işıq ləkələrindən istifadə edərək rəngarəngliyin, əlvanlığın, parlaqlığın harmoniyasını ifadə etmişdir.

Digər bir güllərlə olan natürmortda isə fon mavi-boz çalarda olsa da burada işıq ləkələrinin verilməsi maraq doğurur. Lakin daha tünd effekt öndəki güllərin tünd qırmızı və ağ rəngini ağırlaşdırmadan zərif bir şəkildə təqdim etməyə imkan yaradır. Güllər eyni zamanda masanın üzərinə sərilmiş zolaqlı örtüyün üstündə verilmişdir ki, bütün bu rəng ağırlığını rəssam məhz arxa fonun neytral tonları üzərində verməklə onların estetikliyini üzə çıxarmağı bacarmışdır.

Xalidə Səfərovanın “Bahar çiçəkləri” adlı natürmortunda rəssam sadəcə çiçəklərin, güllərin deyil, bütün ətraf aləmin bədii ifadəsində baharın rənglərini canlandırmaqla onun nəfəsini hiss etdirmişdir. Yan-yana qoyulmuş tünd göy və ağ çalarda ola güldanların içərindəki güllər belə özünü fərqli çalarları ilə əsərdə qarışıq rəng duyğusu yaratmışdır.

Göy güldanda yasəməni, ağ vazada isə tünd narıncı çiçəklər bir-biri ilə əlaqləndirilərək arxa fonun qarışıq ləkəli yaşıl çaları üzərində təqdim edilmişdir.

İstedadlı rəssam Xaldə Səfərovanın bu istiqamətdəki yaradıcılığı üzərində araşdırma sənətkarın hər bir detalın tərənnümündə onun əlaqələndirilmiş təsvirini canlandıraraq, elementləri olduğu kimi kətana köçürtmədən, onların estetik tərəflərini müəyyənləşdirərək uyğun şəkildə ifadə etməyi əsas hesab etdiyini deməyə əsas verir.

Milli Konservatoriyada Ümummilli Liderin xatirəsi anıldı Hənəfi Terequlovun həyatı haqqında - O, məktubunda kimdən pul istəmişdi? "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının təqdimatı keçirildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:580
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 Dekabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri