Qiymətli kağızlar bazarını inkişaf etdirib əhalini maarifləndirsələr, yastıq altındakı pullar faydalı istiqamətə yönəldilər
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Taleh Kazımovun səsləndirdiyi rəqəm qədər əhalidə pul olduğuna şübhə ilə yanaşdığını deyib. İqtisadçı qeyd edib ki, digər tərəfdən, əgər bu vəsait əhalidə varsa da, həmin vəsaitin iqtisadiyyata cəlb edilməsi yalnız əhalinin həmin vəsaiti illik 9- 11 faizlə depozitə qoyması yolu deyil. Bunun başqa yolları var: “Ən yaxşı yolu əhali üçün əlindəki ehtiyat vəsaitlərin qoyulması yolu dünyada qiymətli kağızlar bazarıdır. Məsələn, pandemiya dönəmində Amerikada əhaliyə dövlət kifayət qədər böyük yardımlar etdi, əhali evdən çıxa bilmədiyi üçün həmin vəsaiti xərcləyə bilmirdi. Əvəzində onları qiymətli kağızlar bazarına qoydular və bütün dünya ölkələrində qiymətli kağızlar bazarı çökəndə Amerikada qiymətli kağızlar bazarı pandemiya dönəmində inkişaf etdi”.
Akif Nəsirli
Akif Nəsirli hesab edir ki, Azərbaycanda qiymətli kağızlar bazarı inkişaf etdirilməlidir, əhalinin bu bazarda iştirakı üçün şərait yaradılmalıdır və əhali maarifləndirilərək bu bazarlarda iştiraka cəlb edilməlidir. İqtisadçının fikrincə, doğru maarifləndirmədən sonra heç kim yastıq altında pul saxlmayacaq.
“Qiymətli kağızlar bazarının təşkili “yastıq altındakı” pulların iqtisadiyyata qoyulmasının yollarından biridir. Digəri də iqtisadiyyatda sahibkarlığa başlamağın qaydalarını yumşaltmaq, kiçik və mikro sahibkarlıqla məşğul olmaq prinsiplərinə qaydalarını yumşaltmaqdır. Əgər siyasi icazə verilərsə, kiçik sahibkarlıqla məşğul olmaq istəyən vətəndaş yalnız vergi qeydiyyatı üçün 1200 manat pul xərcləməlidir. Bununla yanaşı hələ onun məşğul olduğu sahə hansı sahə olacaqsa, orada ona inhisarlar, administrasiya şəraiti yaranacaqmı, yoxsa yox? Bu da sual altındadır. Əhalinin iqtisadiyyatla məşğul olmağa əlçatanlığı təmin olunmalıdır. Azərbaycan hökuməti bunu başa düşmür, ona görə də sahibkarlıqla məşğul olmağı ilə çətin sual kimi əhaliyə təqdim edirlər. Bu, olduqca problemli məsələdir. Bizim iqtisadiyyatımızın, yerli istehsalın inkişafının zəifləməsi və xarici ticarət balansında saldonun yaranması, qeyri-neft sektorunun inkişaf etməməsinin əsas səbəblərindən biri də budur”-deyə iqtisadçı qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 23 Dekabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















