Icma.az
close
up
RU
Ukraynada mülki itkilər çoxalır: Zelenskinin Türkiyə səfəri Moskvanı qəzəbləndirib? ŞƏRH

Ukraynada mülki itkilər çoxalır: Zelenskinin Türkiyə səfəri Moskvanı qəzəbləndirib? ŞƏRH

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər Rusiya Ukraynada mülki insanları hədəf alır. Artıq müharibə cəbhə xəttindən kənara çıxıb.

Yaşayış binalarına edilən hücumlar nəticəsində, aralarında uşaqların da olduğu, ölən və yaralananların sayı artmaqdadır. Bundan əvvəl Kiyevə endirilən raket zərbələri zamanı Azərbaycanın səfirlik binası da zərər görmüşdü.

Zelenskinin Türkiyəyə səfəri, eləcə də Ukrayna ilə Fransa arasında imzalanan tarixi saziş və ABŞ-ın Ukraynaya Patriot sistemləri vermək qərarı görünür ki, Rusiyanı ciddi şəkildə qəzəbləndirib. Analitiklərə görə, Moskvanın hücumları Qərbin Ukraynaya hərbi dəstəyinin güclənməsinə reaksiyanın bir forması kimi dəyərləndirilə bilər.

Mövzu ilə bağlı Turkustan.az olaraq politoloq Tural İsmayılovun mövqeyini öyrəndik.

Rusiyanın son günlər yaşayış binalarına endirdiyi zərbələr heç bir “taktiki zərurət” falan deyil, açıq-aşkar siyasi isterikanın davamıdır. Moskva yaxşı anlayır ki, Zelenskinin Türkiyə səfəri Ukraynanın diplomatik meydanda nəfəsini genişləndirir, Ankara ilə təhlükəsizlik dialoqu isə regionda Rusiyanın təsir imkanlarını daha da sıxışdırır.

Üstəlik, Parislə imzalanan saziş və ABŞ-ın daha bir “Patriot” sistemini verməsi Kremlə açıq mesajdır: Qərb geri çəkilmir. Bunun fonunda Rusiyanın mülki obyektləri hədəfə alması, klassik Kreml davranışıdır – cəbhədə uğur olmayanda, diqqət yayındırmaq üçün şəhərləri vururlar. Bu, həm də daxili auditoriyaya təqdim olunan “güc nümayişi”nin saxta versiyasıdır.

Reallıq budur ki, Rusiya strateji mənzərəni dəyişə bilmir, ona görə də psixoloji təzyiq vasitəsi kimi mülki əhalini hədəf seçir. Bu isə təkcə hərbi cinayət deyil, həm də Rusiyanın geosiyasi zəifləməsinin siyasi etirafıdır. Kreml nə qədər sərt zərbələr endirsə də, Ukraynanın beynəlxalq dəstək xətti daha sürətli genişlənir və Moskvanın qəzəbi də bu prosesə tab gətirə bilməməsinin ən açıq göstəricisidir.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Noyabr 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri