Icma.az
close
up
RU
UKRAYNADA PULUN GÜDAZINA GEDƏN AZƏRBAYCANLILAR... Rusiya tərəfində döyüşüb ölənlərin sayı niyə artır?

UKRAYNADA PULUN GÜDAZINA GEDƏN AZƏRBAYCANLILAR... Rusiya tərəfində döyüşüb ölənlərin sayı niyə artır?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ukraynada davam edən işğalçılıq müharibəsinin dəhşətlərindən biri də odur ki, hər iki tərəfdə eyni millətlərin nümayəndələri döyüşür – ruslar ruslarla, ukraynalılar ukraynalılarla, gürcülər gürcülərlə, çeçenlər çeçenlərlə, azərbaycanlılar azərbaycanlılarla və s. Həmvətənlərimizin bu siyahıda, xüsusilə də faktiki işğalçılıq müharibəsi aparan Rusiyanın tərəfində görünməsi həm kədərli, həm də təəssüf doğurucudur. Öz vətəni 30 il işğal altında olan, bu işğal nəticəsində faciələr, qırğınlar yaşamış bir xalqın övladlarının işğalçı Rusiyanın tərəfində döyüşməsi nə məntiqə, nə mənəviyyata, nə də hüquqa sığır...

Buna baxmayaraq, son zamanlar mediada, sosial şəbəkələrdə Rusiya tərəfində döyüşüb həyatını itirən azərbaycanlılara dair xəbərlər xeyli çoxalıb. Son olaraq, bu gün Rusiya ordusunun tərkibində Ukraynaya qarşı müharibədə vuruşan daha bir Azərbaycan vətəndaşının ölümü ilə bağlı xəbər yayılıb. Xaçmaz rayon sakini Rafiq Aydın oğlu Məmmədovun “Axmat” xüsusi təyinatlı dəstəsində döyüşdüyü bildirilir. Onun nə vaxt və harada öldüyü məlum deyil.

Bir gün əvvəl isə 44 günlük müharibədə iştirak edən və 20 ildən çox xidmət etdikdən sonra tərxis edilən Azərbaycan ordusunun ehtiyatda olan zabiti Famil Namaz oğlu Ruşanovun itkin düşməsi xəbəri yayıldı. O, beş ay əvvəl Ukraynadakı müharibə zamanı yoxa çıxıb. Məlumata görə, Ruşanov 25-ci Rusiya Ordusunun 37-ci alayında döyüşüb.


Bir neçə gün əvvəl Rusiya ordusunda xidmət edərkən Ukraynaya qarşı döyüşlərdə həlak olan Azərbaycan Ordusunun ehtiyatda olan zabiti və tibb xidmətinin kapitanı Qafur Cəmaləddin oğlu Həsənovun ölüm xəbəri yayıldı.

Həsənov 44 günlük müharibə zamanı Goranboy Briqadasının tibb xidmətinin rəisi vəzifəsində çalışıb və Azərbaycan Bayrağı ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib. Mərhumun yaxınlarının sözlərinə görə, Azərbaycan Ordusundan tərxis olunduqdan sonra Həsənov Rusiyaya gedib və müqavilə ilə xidmətə başlayıb, daha sonra isə Ukraynada döyüşməyə göndərilib.

Təbii ki, bunlar hələ ictimailəşən, barəsində məlumat yayılan faktlardır. Bundan qat-qat daha artıq ölüm, yaralanma, əsir və itkin düşmə hallarının olduğu heç bir şübhə doğurmur. Təəssüf ki, hətta Ukrayna tərəfinə əsir düşən azərbaycanlılara dair videolara da rast gəlinir...

Son zamanlar belə xəbərlərin artması bir neçə səbəbdən irəli gələ bilər. Birincisi, məlum məsələdir ki, bu halların kökündə insanların sosial durumu dayanır. Təəssüf ki, yaşayış, iş, maaş sarıdan əziyyət çəkən həmvətənlərimizin ən çox üz tutduğu istiqamətlərdən biri Rusiya olaraq qalır. Rusiyanın özündə isə iqtisadi vəziyyət heç də ürəkaçan deyil, digər yandan, müharibə başlayanadan bəri miqrantlara qarşı təzyiqlər dəfələrlə artıb, onların qazanc yerləri azalıb və sair. İqtisadi vəziyyət ağırlaşdığından hətta rusların özləri belə yüksək maaş müqabilində orduya yazılıb, cəbhəyə gedirlər və göründüyü kimi, bu sıraya qazanc axtaran digər millətlər kimi azərbaycanlılar da qoşulur...

Daha bir səbəb soz zamanlar həmvətənlərimizi Ukraynada pul müqabilində döyüşməyə şirnikləndirən və onların bunun üçün toplanmasını təşkil edən ayrı-ayrı şəxslərin və mərkəzlərin çoxalması, fəallaşmasıdır. Bununla bağlı mediada və sosial şəbəkələrdə məlumatlara rast gəlinir. Nəticədə, xüsusilə də döyüş təcrübəsi olan keçmiş Azərbaycan hərbçilərinin Rusiya silahlı qüvvələrinə getdikcə daha çox cəlb olunduğu barədə məlumatlar artır. Bəzi məlumatlara görə, bu rəqəm yüzlərlə ola bilər. Həmçinin də, artıq xeyli müddətdir Rusiyada yaşayan və sosial vəziyyəti pis olan Azərbaycan vətəndaşlarının Ukraynaya qarşı müharibədə döyüşmək üçün cəlb olunduğu barədə vaxtaşırı məlumatlar yayılır. Bunun üzərinə rəsmən Rusiya vətəndaşı olan azərbaycanlıları da gəlsək, kifayət qədər acınacaqlı mənzərə yaranır. Odur ki, son zamanlar həlak olan, yaralanan, itkin və əsir düşən həmvətənlərimiz barədə xəbərlərin, faktların çoxalması təbii görünür. Lakin bu, nə qədər təbiidirsə, ondan daha da çox narahatedicidir.

Bu acınacaqlı və təhlükəli halın qarşısının alınması istiqamətində isə hələlik hər hansı ciddi tədbirlərə, addımlara rast gəlinmir. Təəssüf ki, bu mövzu son günlər tez-tez gündəmə gəlsə də, bununla mübarizə aparmalı olan hüquq-mühafizə, prokurorluq və digər orqanların reaksiyası görünmür. Telekanallarda, mediada həmvətənlərimizi bu cür addımlardan çəkindirən çıxışlara, rəsmi məlumatlara, təbliğat materiallarına rast gəlinmir. Ancaq bunun vaxtı çoxdan çatıb və heç olmasa indi bu istiqamətdə addımlar atılmasa, Ukraynadan azərbaycanlılarla bağlı gələn ölüm, yaralanma, əsir və itkin düşmə barədə xəbərlər daha da çoxala bilər. Bu xəbərlər isə həm kədərli və təəssüf doğurucudur, həm də işğaldan əziyyət çəkmiş və işğalçıya qalib gəlmiş bir xalqa, ölkəyə qətiyyən yaraşmır...

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Dekabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see251

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see236

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see189

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see154

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see148

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri