Icma.az
close
up
RU
Ukraynada sülh üçün Londonda beş şərt müəyyən edildi

Ukraynada sülh üçün Londonda beş şərt müəyyən edildi

Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynada sülh üçün Londonda beş şərt müəyyən edildi


Londonda Ukrayna Prezidenti Volodimir Zelenski, Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə birlikdə "ədalətli və davamlı sülhə" nail olmaq üçün beş şərt üzərində razılığa gəlib. Bu barədə Oxuməni.az Ukrayna Prezidenti Aparatının məlumatına istinadla xəbər verir.
Verilən məlumata görə, iyunun 7-də Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Federal Kansleri Fridrix Merz ilə E3 – Ukrayna formatında görüş keçirib.
Liderlər müharibəyə son qoymaq və sülhə nail olmaq üçün diplomatik işləri müzakirə ediblər.
"Ümumi mövqe belədir: danışıqlarda yaranan fasilədən sonra diplomatik səyləri aktivləşdirmək lazımdır", - deyə məlumatda bildirilir.
Tərəflər birgə bəyanatda “Ukraynanın sadiq müttəfiqi kimi Avropanın istənilən nizamlamada mühüm rol oynamalı olduğunu” vurğulayıblar.
Zelenski vurğulayıb ki, Avropa danışıqlar masasında olmalıdır.
Tərəflər Avropanın hansı formatda təmsil oluna biləcəyi və Böyük Britaniya, Fransa və Almaniyanın hansı rolu oynaya biləcəyi barədə danışıblar.
Böyük Britaniya hökumətinin saytında qeyd olunur ki, "Avropa üçlüyü" liderləri və Zelenski ədalətli və davamlı sülhə nail olmaq üçün beş şərt müəyyən ediblər.
Birinci şərt döyüş əməliyyatlarının dayandırılmasıdır.
İkinci: mövcud təmas xətti danışıqlar üçün başlanğıc nöqtəsi olmalıdır. "Beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilə bilməz və Ukraynanın öz təhlükəsizliyini təmin etmək mexanizmlərini müstəqil müəyyənləşdirmək və ittifaqlar seçmək hüququ qətiyyətlə pozulmamalıdır", - deyə birgə bəyanatda bildirilir.
Üçüncü şərt ondan ibarətdir ki, atəşkəs rejimi qüvvəyə mindikdən sonra Ukrayna hüquqi qüvvəyə malik təhlükəsizlik zəmanətləri almalıdır ki, bu da Ukraynada çoхmillətli qüvvələrin yerləşdirilməsini əhatə edir.
Dördüncü, Rusiya aktivləri Rusiya təcavüzkar müharibəni dayandırıb döyüş əməliyyatları zamanı vurulmuş zərəri ödəməyənə qədər dondurulmuş qalacaq.
Beşinci şərt ondan ibarətdir ki, bütün razılaşmalar Avropa təhlükəsizliyinin maraqlarının qorunmasını təmin etməlidir. Avropa İttifaqı və NATO ilə bağlı danışıqların bir hissəsi Aİ ölkələrinin və Şimali Atlantika Alyansına üzv ölkələrin razılığını tələb edəcək.
Bəyanatda həmçinin qeyd olunur ki, liderlər "Ukraynanın son döyüş sahəsindəki uğurlarını, xüsusilə ərazilərin azad edilməsini və pilotsuz təyyarə texnologiyasından innovativ istifadəni alqışlayıblar". Onlar həmçinin Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı raket və pilotsuz təyyarə hücumlarını, xüsusilə "Oreşnik" raketlərindən dəfələrlə istifadə edilməsini, həmçinin Rusiya pilotsuz təyyarələrinin NATO ərazisinə daxil olmasını pisləyiblər. Bundan əlavə, liderlər Ukraynaya gələcək dəstəyi, həmçinin NATO-nun "Ukraynanın döyüş sahəsindəki təcrübəsindən necə faydalana biləcəyini və öz Avropa müdafiəsini gücləndirmək üçün Ukrayna ilə uzunmüddətli sənaye əməkdaşlığını necə gücləndirə biləcəyini" müzakirə ediblər. Görüş iştirakçıları həmçinin Zelenskinin 4 iyun tarixli Putinə yazdığı məktubda təqdim etdiyi müharibənin danışıqlar yolu ilə başa çatdırılması çağırışını "yüksək qiymətləndiriblər".
Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 08 İyun 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri