Icma.az
close
up
RU
Ukraynadan Drujba boru kəmərinə növbəti zərbə: Macarıstana neft tədarükü dayandırıldı

Ukraynadan Drujba boru kəmərinə növbəti zərbə: Macarıstana neft tədarükü dayandırıldı

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Ukrayna hərbçiləri Rusiyanın Bryansk vilayətində "Uneça" neft nasos stansiyasına növbəti dəfə zərbə endirib. Stansiya iki boru kəməri üçün neft nəql edir ki, onlardan biri də "Drujba"dır.

Oxu.Az-ın Ukrayna KİV-ə istinadən xəbərinə görə, bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") məlumat verib.

O bildirib ki, stansiyaya Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin 14-cü alayının döyüşçüləri hücum ediblər.

"Madyar", həmçinin Rusiyanın neft emalı müəssisələrinə növbəti "ziyarətlər" barədə də danışıb.

"Pilotsuz Sistemlər Qüvvələrinin dronlarının neft emalı zavodlarına səfərləri davam edir", - deyə o "Telegram" kanalındakı paylaşımında qeyd edib.

Ukraynadan "Drujba" boru kəmərinə növbəti zərbə: Macarıstana neft tədarükü dayandırıldı

Eyni zamanda, Macarıstanın xarici işlər naziri Peter Siyarto Macarıstana "Drujba" boru kəməri ilə neft nəqlinin dayandırıldığını elan edib.

"Gecə xəbər daxil oldu ki, Rusiya-Belarus sərhədindəki "Drujba" neft kəməri dəfələrlə - qısa müddət ərzində üçüncü dəfə hücuma məruz qalıb. Macarıstana xam neftin nəqli yenidən dayandırılıb! Bu, ölkəmizin enerji təhlükəsizliyinə növbəti hücumdur", - deyə o özünün "Facebook" profilində yazıb.

Siyarto, həmçinin "Drujba"ya hücumları "müharibəyə cəlb etmək cəhdi" adlandırıb. Onun sözlərinə görə, bu heç bir nəticə verməyəcək, Macarıstan isə "sülhün bərqərar edilməsi və milli maraqların qorunması səylərini bütün gücü ilə dəstəkləməyə" davam edəcək.

Xatırladaq ki, stansiyaya bundan əvvəl 2025-ci il avqustun 6 və 13-də hücum edilmişdi. Avqustun 18-də Rusiyanın Tambov vilayətindəki "Nikolskoye" neft nasos stansiyası hücuma məruz qalmışdı ki, bu da "Drujba" neft kəməri ilə Avropaya tədarükün müvəqqəti dayandırılmasına səbəb olmuşdu. Avqustun 20-də Macarıstana neft tədarükü bərpa edilmişdi.

Qeyd edək ki, "Drujba" neft kəməri, həmçinin Belarusun Mozır və Novopolotsk neft emalı zavodlarını da təmin edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Avqust 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri