Icma.az
close
up
RU
Ukraynadan sonra suya düşən planlar: Qərbin baş tutmayan inqilab ssenarisi

Ukraynadan sonra suya düşən planlar: Qərbin baş tutmayan inqilab ssenarisi

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Daha bir ölkədə Qərbin "rəngli inqilab" ssenarisi baş tutmayıb. Balkanların ən narahat ölkəsi Serbiya bu tələdən qurtula bilib. Prezident Aleksandar Vuçiç bu barədə rəsmən bəyanatla çıxış edib.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Serbiyanı qaranlıq keçmişə qaytarmaq istəyirlər

Ölkədə "rəngli inqilab"a imkan verməyəcəyini bildirən Vuçiç "Serbiya heç kimin kukla dövləti deyil", - deyib. Onun sözlərinə görə, ölkəni daxildən dağıtmaq üçün yüzmilyonlarla avro sərf edilib. Həqiqətən də, çoxları gözləyirdi ki, bu ölkədə inqilab baş verəcək. Lakin görünən odur ki, Gürcüstandakı kimi, burada da ssenari baş tutmayıb. Əvəzində prezident ölkədə qarşıdurma yaratmaq istəyənləri hədələyib. "Ölkəmizi bütün zavodların dağıldığı, Kosovonun müstəqilliyini elan etdiyi, orta aylıq əmək haqqımızın təxminən 300 avro olduğu keçmişə qaytarmaq istəyirlər. Onlar heç vaxt xalq dəstəyi olmadığı üçün qalib gələ bilməyəcəklərini bilən siyasi rəqiblərimizdən istifadə etdilər. Sonra isə Serbiyanın əvvəllər necə olduğunu xatırlamayan gənc insanlardan istifadə etməyə başladılar, mən onlar haqqında bir pis söz belə demirəm", - deyə Vuçiç vətəndaşlarla görüşdə bildirib.

Qərbə güclü Serbiya lazım deyil

Prezident "Serbiyada "rəngli inqilab"ı necə məğlub etdim" adlı kitab yazacağını da bildirib. Dövlətin düşmənlərinin media vasitəsilə ölkə vətəndaşlarından öz biznes maraqları üçün "piyada" kimi istifadə etməyə çalışdıqlarını söyləyib. Qərbə güclü, möhkəm, təhlükəsiz və sabit ölkənin lazım olmadığını deyən prezident bildirib: "Buna şübhə etməyin. Hər gün yalan dalınca yalan. Deyirlər ki, Vuçiç çamadanlarını yığıb uşaqları ilə qaçır. Mənim üç uşağım var, bura mənim vətənimdir, burada qalacağam və sizi məğlub edəcəyəm. Təkrar edirəm, Serbiyada inqilab olmayacaq. Seçki istəyirsinizsə, istədiyiniz vaxt alacaqsınız! Amma zorakılıqla heç nəyə nail olmayacaqsınız, bunu sizə zəmanət verirəm".

Voyvodina faciəsinin pərdəarxası

Qeyd edək ki, ölkədə etirazlar 2024-cü ilin noyabrında Serbiyanın Voyvodina əyalətinin paytaxtı Novi-Sad stansiyasında beton talvarın uçması nəticəsində 15 nəfərin həlak olması hadisəsi ilə başlayıb. Aksiyalarda faciənin təqsirkarlarının cinayət məsuliyyətinə cəlb olunması tələb edilib. Baş nazir Miloş Vuçeviçin istefası, hakimiyyətin etirazçıların bütün tələblərinin yerinə yetiriləcəyi barədə təminatları da etirazları dayandıra bilməyib. Vuçiç Voyvodinaya son səfərində bildirib ki, muxtar vilayətin Serbiya tərkibində olması barədə ümumxalq bəyannaməsi qəbul ediləcək. O, xəbərdarlıq edib ki, son vaxtlar "gənclərdən sui-istifadə etməklə" ölkənin şimal hissəsində yenidən "Voyvodinanın Serbiyadan ayrılması" tələbləri səslənir.

Müxalifət prezidentə qarşı

Serb müxalifəti isə prezidenti üç ay əvvəl başlayan və sonra bütün ölkəyə yayılan kütləvi etirazların başladığı Voyvodinadakı etiraz hərəkatını gözdən salmağa cəhd etməkdə ittiham edib. Onların qənaətincə, prezident Voyvodinaya səfəri ilə vətəndaşları inandırmağa çalışır ki, hakimiyyətə qarşı hər hansı üsyan əslində Voyvodinanı Serbiyadan ayırmaq istəyən xaricdən maliyyələşdirilən cinayətkarların separatçı planıdır.

Ukraynadan sonra suya düşən planlar

Qərb bloku xarici siyasət kursunu dəyişmək üçün Vuçiçə təzyiqlər edir. Qarşı tərəf rəsmi Belqradın Rusiya-Qərb qarşıdurmasında onlara qoşulub Moskvanın siyasətinə qarşı çıxış etməsini istəyir. Kosovo məsələsindən Serbiya hakimiyyətinə qarşı istifadə olunur. Məsələ ondadır ki, bu ölkə xarici siyasətdə balanslı siyasət yürüdür, bütün ölkələrlə sıx əməkdaşlıq qurur. Qərbə isə belə bir mövqe sərf etmir, bu səbəbdən də inqilaba cəhd göstərir. Digər bir məsələ ondan ibarətdir ki, Serbiya liderinin Qərb dövlətlərini hədəfə alan bəyanatları onların xoşuna gəlməyib. A.Vuçiç bir neçə dəfə Qərbin ölkəsini zəiflətməyə çalışdığını bəyan edib. Onun sözlərinə görə, Belqradda anti-Rusiya sanksiyalarına bir zənglə qoşula biləcək hökumət qurulmasını istəyirlər. Bəllidir ki, öz siyasətini yeritmək üçün Qərb, ABŞ, USAID dəfələrlə oxşar ssenarilərdən istifadə ediblər. Onlar özlərinə uyğun hökumət formalaşdırıb, dövləti təzyiq altında saxlamaq istəyirlər. Serbiyanı həm də Kosovonun müstəqilliyini tanımağa təhrik edirlər. Bununla bağlı Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun çağırışları da var. Lakin Serbiya bununla barışmır. Görünən odur ki, Serbiyada "rəngli inqilab"ın baş verdiyi Ukraynanın aqibətindən dərs çıxarıblar. Ukraynada irimiqyaslı müharibə gedir, torpaqları işğal altındadır, milyonlarla insan ev-eşiyindən məhrum olub. Qərbin vəd etdiyi yardımlar isə görünmür. Təsadüfi deyil ki, Ukraynadan sonra heç bir ölkədə inqilab ssenarisi baş tutmayıb. Çünki hamı görür ki, Qərb Ukraynada faktiki olaraq öz maraqlarını güdür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Fevral 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri