Icma.az
close
up
RU
Ukraynalı ekspert: Rəsmi İrəvan sülh danışıqları prosesini pozmağa cəhd edir

Ukraynalı ekspert: Rəsmi İrəvan sülh danışıqları prosesini pozmağa cəhd edir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər Ermənistan ordusunun Azərbaycan-Ermənistan sərhədində təxribatlar törətməsi onu göstərir ki, rəsmi İrəvan sülh danışıqları prosesini pozmağa cəhd edir.

Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında ukraynalı siyasi ekspert Aleksandr Kovalenko söyləyib.

“Mən 2020-ci ildən bəri - 44 günlük müharibədən sonra Ermənistanın Azərbaycanla sülh razılaşmasını imzalamasına dair cəhdin, istəyin olması ilə bağlı hər hansı fakt görməmişəm. Hətta bu müddət ərzində Ermənistan danışıqlar prosesini süründürməçilik, imitasiya formatında keçirib. Rəsmi İrəvan hər hansı sülh sazişinin imzalanmasında təşəbbüskarlıq nümayiş etdirməyib. Son günlər Ermənistan ordusunun Azərbaycan-Ermənistan sərhədində təxribatlar törətməsi onu göstərir ki, rəsmi İrəvan Azərbaycan tərəfini günahlandırmaqla sülh danışıqları prosesini pozmağa cəhd edir”, - deyə ukraynalı ekspert əlavə edib.

Aleksandr Kovalenkonun fikrincə, Ermənistanın Cənubi Qafqazda sülhün əldə edilməsində maraqlı olmamasının daha bir faktı odur ki, bu ölkə sürətli şəkildə silahlanır.

“Ermənistan ordusu döyüş imkanlarını artırmaq üçün güclü silahlanmaya başlayıb. Ermənistan xüsusilə Fransadan, Hindistandan silahlar, hərbi texnikalar alır. Silah-sursatların alınmasında, həmçinin Yunanıstan şirkətləri də iştirak edir. Bütün bu faktlar onu göstərir ki, Ermənistan Azərbaycana dost olmayan ölkələr vasitəsilə silahlanır. Ona görə də Azərbaycan-Ermənistan sərhədində təxribatların törədilməsi rəsmi İrəvanın sülhə hazır olmadığını, digər ssenarilərə hazırlaşdığını göstərir”, - deyə ukraynalı siyasi ekspert vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri