Ukraynalılar bu səhər də Rusiya dronları ilə OYANDI FOTO/VİDEO
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynanın qərbində yerləşən Lvov şəhəri üzərində partlayışlardan sonra böyük tüstü sütunu qalxıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Strana.ua” Telegram kanalında məlumat yayıb.
“Lvovda nəhəng tüstü sütunu görünür”, – deyə xəbərdə qeyd olunub.
Lvovun meri Andrey Sadovı isə öz Telegram kanalında şəhərin qismən işıqsız qaldığını bildirib.
Oktyabrın 5-də səhər saatlarında “Hromadske” və RBK-Ukrayna nəşrləri Lvovda hava həyəcanı fonunda bir neçə partlayış baş verdiyini yazmışdı. O zaman sakinlərə evlərindən çıxmamağı tövsiyə edilmişdi. Mer Sadovı isə hava hücumundan müdafiə sistemlərinin işlədiyini açıqlamışdı.
“Suspilne” məlumatına görə, partlayış səsləri həmçinin İvano-Frankovsk vilayətinin Burştın şəhərində, eləcə də Çerniqov və Xmelnitsk vilayətlərində də eşidilib.
Bundan bir neçə saat əvvəl isə Zaporojye vilayətində partlayışlar barədə Ukrayna nəzarətindəki vilayət administrasiyasının rəhbəri İvan Fyodorov məlumat vermişdi. Onun sözlərinə görə, bəzi rayonlarda su və elektrik təchizatında fasilələr yaranıb.
Oktyabrın 4-də Sumi vilayətində partlayışlardan sonra Şostka şəhəri və Şostka rayonu qismən işıqsız qalmışdı.
Bundan əvvəl isə Ukraynada Dnepropetrovskda partlayışlar barədə xəbərlər yayılmışdı.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 05 Oktyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















