Icma.az
close
up
RU
Ukraynalılar sülh üçün torpaq itkisi ilə razılaşacaqmı? Sabiq nazirdən referendum iddiası

Ukraynalılar sülh üçün torpaq itkisi ilə razılaşacaqmı? Sabiq nazirdən referendum iddiası

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba hesab edir ki, ukraynalılar Donbasla bağlı ərazi güzəştlərinə referendum keçirilməsi halında hazırdırlar. Sabiq nazirin fikrincə, 2024-cü ilin payızında nazir vəzifəsini tərk etdiyi üçün indi Ukrayna boyunca səyahət edib insanlarla danışmaq imkanına malikdir.

Düzdür, Kuleba artıq rəsmi şəxs deyil və buna görə də onun fikri hökumətin mövqeyini əks etdirmir. Amma o, keçmiş hökumət üzvü kimi, bu məsələni həm də əsaslandırıb səsləndirir.

Bəs, Ukraynanın ərazi güzəştinə razılaşması mümkündürmü? Belə bir hadisə Ukrayna, Avropa və ümumiyyətlə dünya coğrafiyasında hansı nəticələrlə yadda qala bilər?

D.Kulebanın ərazi güzəştlərinin referendum yolu ilə cəmiyyət tərəfindən qəbul oluna biləcəyi barədə fikirləri ilk baxışdan sensasion təsir bağışlasa da, əslində bu açıqlama Ukrayna daxilində və Qərbdə gedən dərin müzakirələrin açıq formada ifadəsidir. Kuleba artıq rəsmi şəxs olmasa da, onun dedikləri təsadüfi fikir sayılmır. O, müharibənin ilk günlərindən beynəlxalq danışıqların mərkəzində olmuş, Qərb paytaxtlarında Ukraynanın əsas diplomatik simalarından biri kimi çıxış edib. Məhz bu səbəbdən onun cəmiyyətin psixoloji vəziyyəti, Qərbin real imkanları və müharibənin uzunmüddətli perspektivləri barədə dedikləri əbəs deyil və diqqətlə qarşılanmalıdır.

Kuleba nəyə əsaslanır?

Onun arqumentinin əsasını bir reallıq təşkil edir: müharibə nə qədər uzanırsa, Ukrayna cəmiyyətində yorğunluq bir o qədər artır. Minlərlə itki, dağıdılmış infrastruktur, iqtisadi geriləmə və qeyri-müəyyən gələcək fonunda "tam qələbə" anlayışı əvvəlki kimi birmənalı qəbul edilmir. Kulebaya görə, müharibənin bitməsi, təhlükəsizliyin təminatı, güclü və modern ordu, bərpa üçün milyardlarla dollar, Avropa İttifaqına (Aİ) real üzvlük perspektivi qarşılığında cəmiyyət müəyyən ərazi güzəştlərini "strateji qurban" kimi qəbul edə bilər. Bu fikir xüsusilə Donbas kimi artıq uzun illərdir münaqişə zonası olan bölgələrə aiddir.

Bu ssenari nə dərəcədə realdır?

Hüquqi və siyasi baxımdan bu ssenari son dərəcə mürəkkəbdir. Ukrayna Konstitusiyası ərazi bütövlüyünü toxunulmaz elan edir və referendum belə avtomatik legitimlik yaratmır. Üstəlik, Rusiya ilə əldə olunacaq istənilən razılaşmanın uzunmüddətli təminatı sual altındadır. Digər tərəfdən, Qərbin mövqeyi də dəyişməkdədir. ABŞ və Aİ-də Ukraynaya yardımın həcmi ilə bağlı daxili mübahisələr dərinləşir. Seçkilər, iqtisadi problemlər və Rusiya ilə birbaşa eskalasiyadan qorxu fonunda "sonsuz müharibə" ssenarisi Qərb üçün də cəlbedici deyil.

Hansı risklər var?

Əgər Ukrayna ərazi güzəşti yolu ilə müharibəni dayandırarsa, bu, Avropa təhlükəsizlik arxitekturası üçün presedent yarada bilər. Bu, bir sıra suallar yaradır: Güc yolu ilə sərhəd dəyişmək legitimləşirmi? Növbəti hədəf hansı ölkə olacaq? NATO və Aİ-nin çəkindiricilik qabiliyyəti zəifləyirmi?

Xüsusilə Şərqi Avropa ölkələri - Polşa, Baltikyanı dövlətlər bu ssenarini öz milli təhlükəsizliklərinə təhdid kimi görürlər. Onlar üçün Ukraynanın geri çəkilməsi Rusiyanın iştahasını daha da artıra bilər. Nəticə etibarı ilə Dmitri Kulebanın fikirləri Ukraynanın rəsmi mövqeyi olmasa da, bu açıqlama müharibənin gələcəyi ilə bağlı Qərbdə və Kiyevdə formalaşan real sualları onun dili ilə müzakirələrə ötürür.

Referendum ideyası hələlik ehtimal olaraq qalır, lakin müharibənin uzanması bu ehtimalı gündəmdə saxlayır. Əsas sual isə budur: müharibəni dayandırmaq üçün edilən güzəşt gələcəkdə daha böyük müharibələrin başlanğıcı ola bilər?

Hələlik buna birmənalı cavab olmasa da, arzuolunmaz presedentlər yaradacağı sözsüzdür.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Yanvar 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see175

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri