Icma.az
close
up
RU
Ukraynanı nə gözləyir?

Ukraynanı nə gözləyir?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə vəd etdiyi təmas istiqamətində ilk addımı atıb.

Ukrayna savaşının dayandırılması ilə bağlı başladılmış proses qlobal məkanda qəliz situasiyanın yaranmasına yol açıb. Bu proses hazırda Qərb siyasi dairələrində kəskin ziddiyyətlərə səbəb olmaqla yanaşı, parçalanma təhlükəsini də maksimum səviyyədə artırıb.

Məsələ ondadır ki, Tramp adminstrasiyası Ukrayna savaşının dayandırılmasına yalnız Rusiya ilə anlaşaraq, nail olmağa çalışır. 

Üstəlik, bu prosesə həm taleyi həll edilməkdə olan Ukrayna, həm də ABŞ-nin Rusiyaya vəd etdiyi güzəştlər ucbatından böyük risk altına düşə biləcək Avropa İttifaqını buraxılmır.

Yəni, Tramp adminstrasiyası bütün prosesi yalnız Rusiya ilə yürüdür. 

Müşahidələr onu göstərir ki, səhnə arxası sövdələşmə birmənalı şəkildə yalnız ABŞ-Rusiya cütlüyünün maraqları üzərində qurulmaqdadır.

Maraqlıdır, bu gün Ukraynanın gələcəyi ilə bağlı qərarlar yalnız ABŞ və Rusiya tərəfindən verilir? Yoxsa Türkiyə, Avropa İttifaqı və Böyük Britaniya da Ukraynanın taleyinin həll olunmasında rol oynayacaq?

Mövzu ilə bağlı “Cebheinfo.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, əslində bu müzakirələrdə təkcə Ukrayna ilə bağlı qərar verilmir, eyni zamanda Avropa İttifaqının gələcəyi həll olunur:

“Baş verən proseslərin mövcud gedişatı ondan xəbər verir ki, məhz Avropa İttifaqı və Ukrayna bütün hallarda ABŞ-dən asılı vəziyyətdədir. Çünki Avropa İttifaqının öz ordusu yoxdur. Hazırda bu qurumun gələcəyi isə sual altındadır. Məhz Trampın son açıqlamalarından sonra Avropa İttifaqı ordusunun yaradılması məsələsi yenidən aktuallaşıb. Bunun nə dərəcədə mümkün olacaq isə mübahisəli məsələdir”. 

Onun sözlərinə görə, hazırda proseslərin gedişatına təsir edə biləcək ikinci güc kimi Türkiyə və Britaniyanı göstərmək olar:

“Hesab edirəm ki, Avropanın Şərq hissəsində Rusiyanın nüfuz bölgəsi kimi tanımaqla Avropanın Qərb hissəsini qorxudaraq daha fərqli şərtlərlə özünə tabe etməyi hədəfləyən bir ABŞ var.

ABŞ-nin Avropadakı lokal bölgələri Rusiyaya verməklə onu qazanmaq və Çinə qarşı səfərbər etmək niyyəti var. Belə ki, bu qərarlar ABŞ-sız verilmir. 

Amma Türkiyə və Britaniya bir az fərqli nöqtədə qərarlaşıblar. 

Onlar bu günə qədər dünyanın müxtəlif ölkələrində həyata keçirilən iş birliklərində, o cümlədən Ukraynaya münasibətdə Avropa dövlətlərinin yeni strukturlarının yaranmasında fərqli istiqamətdədirlər. Hər halda proseslərə təsir edə biləcək ikinci güc kimi Türkiyə və Britaniyanı göstərmək olar”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see286

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see266

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see260

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see244

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see242

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see212

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see204

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see197

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see187

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see179

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see165

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see159

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri