Icma.az
close
up
RU
Ukraynanı tamamilə işğal etmək istəyən Rusiya, sadəcə hərb yolu ilə atəşkəsə məcbur edilə bilər

Ukraynanı tamamilə işğal etmək istəyən Rusiya, sadəcə hərb yolu ilə atəşkəsə məcbur edilə bilər

Icma.az, Bizimyol saytına istinadən bildirir.

"Rusiya ABŞ-nin atəşkəs çağırışını qəbul etməlidir". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan finlandiyalı həmkarı Aleksandr Stubb ilə telefon danışığı zamanı deyib. Prezident bildirib ki, müharibə ədalətli sülhlə başa çatmalıdır: “Türkiyə bunun üçün səylərini davam etdirir”. Dövlət başçısı, həmçinin qeyd edib ki, tərəflərdən birini təcrid etməklə ədalətli, uğurlu nəticəyə nail olmaq mümkün deyil.

Qeyd edək ki, daha əvvəl rəsmi Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifinə hazır olduğunu bildirib.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ prezidenti ilə Rusiya prezidentinin telefon danışığında göründüyü kimi, 30 günlük atəşkəs təklifini Putin qəbul etməyib və ABŞ prezidenti ilə danışıqlardan sonra yenidən Ukraynanın paytaxtı Kievə raket hücumları həyata keçirilir.

Məhəmməd Əsədullazadə

“Ukraynanın infrastrukturuna qarşı hərbi əməliyyatlar dayandırılsa da, görürük ki, Putinin istəyi Ukraynanı tamamilə "götürmək"dir. Artıq Türkiyə prezidenti də Rusiyanı atəşkəsə əməl etməyə çağırdı”-deyə Məhəmməd Əsədullazadə qeyd edib.

Türkiyənin bu prosesdə də artıq əsas rol oynadığını vurğulayan politoloq bildirib ki, Türkiyə Avropanın təhlükəsizliyi üçün mühüm rol oynayır.

Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya-Ukrayna müharibəsi bir müddət davam edəcək.

“Nə qədər ki, ABŞ Ukraynaya hərbi yardımları artırmayacaq, Rusiya burada üstünlük əldə edəcək. Bu proseslərdə Rusiya qalib çıxmayacaq, Ukraynanın da qalib çıxmaq şansı yoxdur. Amma Qərb dövlətləri çalışacaq ki, Rusiyaya hərbi təzyiqləri daha da artırsın”-deyən politoloq vurğulayıb ki, ABŞ Ukraynanın hərbi imkanlarını artıracaq.

Məhəmməd Əsədullazadənin fikrincə, Rusiyanı yalnız və yalnız döyüş yolu ilə atəşkəsə və kompromisə məcbur etmək olar.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Mart 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri