Icma.az
close
up
RU
Ukraynanı təmsil edən azərbaycanlı karateçi: Doğma yurdum Ağdamın yenidən qurulduğunu görmək qürurvericidir MÜSAHİBƏ

Ukraynanı təmsil edən azərbaycanlı karateçi: Doğma yurdum Ağdamın yenidən qurulduğunu görmək qürurvericidir MÜSAHİBƏ

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Kiyev, 13 may, AZƏRTAC

Ukraynada yaşayan daha bir idmançı soydaşımız uğura imza atıb. Soydaşımız Rizvan Talıbov yaxın günlərdə keçirilən karate üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Ukraynanın Çernovtsı şəhərində anadan olan gənc həmyerlimiz əslən qarabağlıdır. Valideynlərindən atası Ağdamın Novruzlu kəndindən, anası isə Ağdam şəhərindəndir. AZƏRTAC soydaşımızla görüşərək uğurları və gələcək hədəfləri barədə müsahibə götürüb.

- Necə oldu ki, sizdə karateyə həvəs yarandı?

- Təşəkkür edirəm ki, Ukraynada yaşayan soydaşlarımıza belə diqqət göstərirsiniz. Sözsüz ki, idmana, xüsusilə karateyə həvəsim uşaq ikən başladı. Bu da səbəbsiz deyil. Qanımda Azərbaycan qanı axırsa demək ki, idmana həvəsim də təsadüfi deyil. Azərbaycandan da kifayət qədər dünyada tanınmış karateçilər çıxıb.

- İdmançı karyeranda ən çox kimin dəstəyini hiss etmisən?

- Mənim idmançı olmağımda öncə valideynlərim dəstək olub. Qazandığım uğurlarda onların da əməyi böyükdür.

- Qazandığınız uğurlar haqqında nə deyə bilərsiniz?

- 2020-ci ilə qədər Çernovtsı şəhərində məşq etmişəm. Son üç ili isə Kiyevdə intensiv məşqlər edirəm. Ukraynanın beynəlxalq dərəcəli idman ustasıyam. 2023-cü ildə karate üzrə Avropa çempionu olmuşam. 2017-2022-ci illərdə Ukrayna çempionu titulunu qazanmışam.

- İdmançı kimi əsas hədəfiniz nədir?

- Əsas hədəflərimdən biri Olimpiya medalı qazanmaqdır. Bu hədəfimə çatmaq üçün yorulmadan məşqlərimə davam edirəm. İnanıram ki, məqsədimə çatacağam. Bunun üçün enerjim və istəyim böyükdür.

- Əslən qarabağlısan, özü də Ağdamdan. İndi Ağdam da daxil olmaqla, Azərbaycanın bir çox rayon və şəhərləri işğaldan azad edilib və həmin ərazilər yenidən qurulur. Bunları görmək necə hissdir?

- Əlbəttə, baş verənlər qürurvericidir. Xüsusilə, xaricdə yaşayan azərbaycanlılar üçün. İndi biz özümüzü daha xoşbəxt və bəxtəvər hiss edirik. Mən bütün yarışlarda tək Ukraynanı yox, həm də daxilən Azərbaycanı təmsil etmişəm. İmkan olan kimi dilbər Ağdama gedib, oranın gözəlliklərini görmək istəyirəm. Ümid edirəm ki, doğma yurduma getmək qismət olar. Azərbaycan mənim ana Vətənimdir və bu hər zaman belə də qalacaq. Ukraynanı da ikinci Vətənim kimi görürəm. Bu ölkəni çox sevirəm. Şanslı idmançıyam ki, mənə beynəlxalq turnirlərdə Azərbaycan və Ukraynadan olan insanlar azarkeşlik edir. Bütün yarışlarda Azərbaycan xalqının da dəstəyini hiss edirəm. Bu, mənə əlavə güc verir. Bütün bunlar mənim üçün çox dəyərli və xoşdur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri