Ukraynanın bankları silah istehsalçılarına 500 milyon dollardan çox kredit verəcək
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Ukraynanın dövlət və özəl bankları silah istehsalçılarına dövlət zəmanəti altında 500 milyon dollar kredit vermək üçün konsorsium yaradırlar.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal öz "Telegram" kanalında məlumat verib.
"Bank sektoru Ukrayna silah istehsalçılarını dəstəkləmək üçün birləşir. Altı dövlət və özəl bank konsorsium yaradır və dövlət zəmanəti altında üç il müddətinə 21,5 milyard qrivna (təxminən 510 milyon dollar) məbləğində kredit verilməsi haqqında saziş imzalayırlar", - o yazıb.
Şmıqalın sözlərinə görə, bu, Ukraynanın maliyyə bazarı tarixində ən böyük kredit konsorsium sövdələşməsidir.
Müdafiə Nazirliyi, Milli Bank və kommersiya bankları arasında "müdafiə-sənaye kompleksinin kreditləşdirilməsi üçün səmərəli mexanizmin yaradılması" barədə razılıq əldə olunub. "Bu və oxşar qərarlar müdafiə sənayesinə istehsalı genişləndirmək və modernləşdirmək imkanları açır", - Şmıqal qeyd edib.
Nazir, hansı kommersiya banklarının konsorsiumun iştirakçısı olacağını açıqlamayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 26 Dekabr 2025 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















