Icma.az
close
up
RU
“Ukraynanın dron hücumları Rusiyanın neft sənayesini iflic edir“ “The Moscow Times“

“Ukraynanın dron hücumları Rusiyanın neft sənayesini iflic edir“ “The Moscow Times“

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Artan hücumlar nəticəsində Rusiya neft emalı tarixində görünməmiş çətinliklərlə üz-üzə qalıb..."

Ukraynanın pilotsuz aparatlarla sistemli hücumları Rusiyanın neft emalı sənayesini tarixi həddə gətirib.

Moderator.az xəbər verir ki, bu barədə "The Moscow Times" nəşri yazıb.

Emal gücündə dərin itkilər

Nəşr qeyd edir ki, sentyabrın sonunda ölkə üzrə neftayırma zavodlarının 38 faizi fəaliyyətini dayandırıb - bu, gündəlik 338 min ton xam neftin emalına mane olur. Müqayisə üçün, avqustda bu rəqəm 23 faiz olub.

"Ciala" analitik mərkəzinin hesablamalarına görə, təxminən 70 faiz dayanma məhz Ukrayna dronlarının zərbələrinin nəticəsidir. Bu hücumlar Rusiyanın ümumi emal gücünün dörddəbirini sıradan çıxarıb - gündəlik 236 min ton neftin emalı mümkünsüz hala gəlib. Nəticədə sentyabrda dizel istehsalı 1 milyon ton azalıb, benzin qıtlığı isə 400 min ton həddinə çatıb.

Sanksiyalar Rusiyanı sıxışdırır

Rusiyalı iqtisadçı Vladislav İnozemtsev bildirir ki, zədələnmiş zavodların bərpası aylarla uzana bilər. Çünki Qərb sanksiyaları müasir avadanlıqların idxalını qadağan edib, Çinin analoji məhsulları isə tam əvəzləyici sayılmır. Bu isə Rusiya üçün enerji bazarında uzunmüddətli çətinliklər deməkdir.

Yaroslavlda yeni yanğın

Oktyabrın 1-də Rusiyanın ən iri müəssisələrindən biri - Yaroslavldakı "Yaroslavnefteorgsintez" zavodunda güclü yanğın baş verib. Sosial şəbəkələrdə yayılan kadrlarda alovun zavodu bürüdüyü görünür. Rəsmi şəxslər səbəbin "texnogen" olduğunu iddia etsələr də, hadisə bir daha Rusiyanın enerji infrastrukturunun nə qədər kövrək olduğunu göstərir. "Yaroslavnefteorgsintez" ölkədə gücünə görə beşinci neft emalı zavodu sayılır və onun sıradan çıxması Moskvanın daxili yanacaq bazarına əlavə təzyiq yaradır.

Enerji infrastrukturu müharibənin əsas hədəfinə çevrilir

Son həftələr Ukrayna dalğavari zərbələrlə Rusiyanın neftayırma zavodlarını, boru kəmərlərini və ixrac terminallarını vurur. Bu, Rusiyanın ÜDM-nin dörddəbirini təşkil edən enerji sektoruna ağır zərbə vurur. "Reuters" yazır ki, hücumlar məhz Qərb sanksiyalarının daha da gücləndiyi vaxt baş verir və Kremlin ən mühüm ixrac məhsulunu olan nefti ciddi sınağa çəkir.

Ukraynanın dron kampaniyası Rusiyanın enerji imperiyasını zəiflədərək təkcə hərbi deyil, həm də iqtisadi cəbhədə yeni reallıq yaradıb. Bir vaxtlar sabitlik rəmzi sayılan nəhəng neft emalı zavodları indi müharibənin ön xəttindədir. Bu isə Kreml üçün həm daxildə, həm də beynəlxalq bazarlarda artan risklər deməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri