Icma.az
close
up
RU
Ukraynanın müstəqil qərar vermək imkanı məhdudlaşdırılır AÇIQLAMA

Ukraynanın müstəqil qərar vermək imkanı məhdudlaşdırılır AÇIQLAMA

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Ukrayna müharibəsi ətrafında Vaşinqton, Kiyev və Avropa İttifaqı arasında aparılan diplomatik danışıqlar yenidən intensivləşib. Tərəflər müxtəlif formatlarda görüşlər keçirir, təhlükəsizlik və mümkün sülh mexanizmləri ilə bağlı mövqelərini müzakirə edirlər.

Bu diplomatik aktivlik fonunda prosesin real nəticələrə gətirib çıxarıb-çıxarmayacağı barədə müxtəlif yanaşmalar formalaşır.

Ukrayna üzrə ABŞ-Ukrayna-Aİ dialoqu real sülh prosesinə yol açır, yoxsa diplomatik təzyiq oyununun davamıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Xəyal Bəşirov bildirib ki, Ukrayna üzrə Vaşinqton-Kiyev-Avropa İttifaqı dialoqunun prosesə müsbət təsirindən daha çox mənfisi var:

"Çünki münaqişə və ya müharibə tərəfləri danışıqlar aparırsa və bu prosesə kənar müdaxilələr olursa, prosesdə birbaşa iştirak etməyən dövlətlər öz şərtləri ilə qatılırsa, həmin proses çox vaxt həll olunmur, sadəcə zaman baxımından uzanır".

Politoloqun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi artıq iki ölkə arasındakı münaqişədən daha çox Rusiya ilə Qərb - Avropa və ABŞ arasında gedən bir qarşıdurmaya çevrilib. Bu da Ukraynanın müstəqil qərar vermək imkanını məhdudlaşdırır:

"Çünki bu gün hətta radikal qərarların belə bir qismi Avropa tərəfindən, digər qismi isə ABŞ tərəfindən formalaşdırılır. Məsələn, uzun müddətdir ABŞ Rusiyayla danışıqlar aparır, amma bu görüşlərdə Ukrayna iştirak etmir. Eyni zamanda Ukrayna Prezidenti ilə paralel danışıqlar aparılsa da, bu, prosesdə kənar güclərin yüksək təsirini göstərir. Bu təsir isə Rusiya ilə Ukrayna arasında birbaşa həllə deyil, prosesin daha da uzanmasına gətirib çıxarır".

Xəyal Bəşirov: Masaya oturmaq üçün isə ortaq kompromis lazımdır

Müsahibimiz qeyd edir ki, tərəflər - yəni Rusiya və Ukrayna birbaşa masaya oturmayınca, nə müharibədə səngimə, nə də yumşalma görə bilərik. Masaya oturmaq üçün isə ortaq kompromis lazımdır. Bu kompromis isə real görünmür:

"Ukraynanın ərazi bütövlüyünü sual altına alan danışıqlar Ukrayna dövləti və xalqı tərəfindən qəbul edilmir. Digər tərəfdən Rusiyanın da müəyyən güzəştlərə getməsi gündəmdə deyil. Bu səbəbdən prosesin yaxın perspektivdə həlli mümkün görünmür".

X.Bəşirov bildirib ki, müvəqqəti atəşkəsi Rusiya qəbul etmir. Ukrayna isə birdəfəlik və ədalətli razılaşma olmadığı halda bu təklifi dəstəkləmir. Bu da prosesi daha da çətinləşdirir və hələ ki, müsbət dinamika görünmür.

"ABŞ 28 maddəlik “sülh planı” təqdim etmişdi. Daha sonra bu maddələrdə dəyişiklik edildi. Avropa İttifaqı isə 24 maddəlik başqa bir plan irəli sürdü. Hər iki plan bir-birinə zidd olduğuna görə, bunlar da prosesin həllinə deyil, daha çox uzanmasına səbəb oldu".

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Noyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri