Ukraynanın NATO ya üzv məsələsi gündəmdədir, ancaq Tramp və Putin bu üzvlüyə razılıq vermir
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukraynanın NATO-ya üzv məsələsi gündəmdədir, ancaq bu üzvlük real deyil, çünki Donald Tramp da bunu istəmir.
Elşad Həsənov
“Rusiyanın əsas istəklərindən biri odur ki, "Ukrayna NATO-ya üzv olmasın". Buna görə müharibəyə başladıqlarını bildirirlər.
Bu səbəbdən də yaxın zamanlarda Ukraynanın NATO-ya üzv olması məsələsi həll olunan deyil, çünki bu üzvlük Rusiyanın tələblərinə cavab vermir.
Avropanın və Amerikanın silahları ilə daha da gücləndirilən Ukrayna öz ərazilərini yaxın 2-3 ay ərzində işğalçılardan azad etməyə çalışacaq və buna da müəyyən mənada müvəffəq olacaq. Həmin silahlar vaxtında verilərsə, Rusiya sülh müqaviləsi bağlamağa məcbur olacaq. Bu gün görünən odur ki, Rusiya hər vəchlə Ukraynanın danışıqlar aparmasını gecikdirir. Bunun mümkün olacağını bildirsə də, hələlik heç bir hazırlıq olmadığını deyirlər. Vaxt uzadırlar ki, Ukraynanın yeni ərazilərini işğal etsinlər. Yəni müharibə daha da güclənir. Ukraynaya qarşı bir günün içində 540 dron hücumu təşkil olunub. Bu da beynəlxalq ictimaiyyətdə qıcıq doğurur”-deyə Elşad Həsənov qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 05 Sentyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















